Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dərin tarixi kökləri olan Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı əbədi və sarsılmazdır

Dərin tarixi kökləri olan Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı əbədi və sarsılmazdır

Bakı, 10 iyun, Hikmət Əhmədov, AZƏRTAC

XX əsrin sonlarından başlayaraq bütün dünyanı təhdid edən münaqişələrin baş verməsi, onların dondurulmasına edilən cəhdlər və həllinə törədilən əngəllər müasir dövrdə daha böyük təhlükələrin meydana çıxmasına zəmin yaradıb. Bütün dövrlərdə böyük güclərin maraqlarının toqquşduğu Anadoluda və Qafqazda isə hazırda tamamilə fərqli bir mənzərənin şahidi oluruq. Əminliklə, həm də qürurla deyə bilərik ki, hazırda hər iki bölgə bütün dünyada ikitərəfli və çoxşaxəli münasibətlərdə örnək regionlara çevrilib. Bu örnək münasibətlərin təməli iki qardaş ölkə - Azərbaycan və Türkiyə tərəfindən qoyulub.

AZƏRTAC tarixi qardaşlıq köklərinə əsaslanaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş Türkiyə-Azərbaycan əlaqələrinə qısa nəzər salır.

Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edən münasibətlər regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Ölkələrimizin siyasi-iqtisadi əlaqələri tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə ilə əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. Eyni kökə, dilə, dinə sahib xalqlarımızın minilliklərə söykənən qədim tarixinə nəzər saldıqda saysız-hesabsız qardaşlıq nümunələrinə rast gəlmək mümkündür. Türkiyə və Azərbaycan xalqlarının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xalqlarımızın çoxəsrlik qardaşlıq əlaqələrinə verilən ən yüksək qiymətdir.

Xalqlarımız və ölkələrimiz arasında tarixdə bənzəri olmayan qardaşlıq münasibətlərinin ən möhtəşəm nümunələri dar gündə bir-birimizə dəstək olmağımızdır.

2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatları ilə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin, onun hökumətinin və xalqının Azərbaycana göstərdiyi siyasi-mənəvi dəstək yalnız işğal altındakı torpaqlarımızın azadlığının deyil, eyni zamanda, Türkiyənin qətiyyətli mövqeyinin təntənəsidir. Bütün dünya, eləcə də bölgəmizdə strateji maraqları olan tərəflər bir daha əmin oldular ki, mövzu Vətənin təhlükəsizliyi, torpaqların bütövlüyü, qardaş hüququnun qorunması olanda, belə məsələlər Türkiyədə müzakirə olunmur, yalnız qətiyyətli qərarlar qəbul edilir. Odur ki, əminliklə deyə bilərik: Qarabağ Zəfəri iki qardaş dövlətin və xalqın birlik təntənəsidir. Bu Zəfər qardaş ölkələrimizin tarixinin səhifələrinə daha parlaq işıq salır.

Bundan başqa, ötən il fevralın 6-da 40 mindən çox insanın ölümünə, 100 mindən çox insanın xəsarət almasına, genişmiqyaslı dağıntılara səbəb olan dəhşətli zəlzələ nəticəsində çətin günlər yaşayan Türkiyə üçün Azərbaycan dövləti və xalqı əsl qardaşlıq dəstəyi göstərdi. Azərbaycan xalqı o faciə dolu kədəri qardaş Türkiyə xalqı ilə birlikdə yaşadı.

Ölkələrimiz arasında əlaqələrin yüksəlməsində Azərbaycan və Türkiyə prezidentlərinin mühüm rolu

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan-Türkiyə əlaqələri son illər ən yüksək səviyyəyə çatıb. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin belə yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qardaş ölkəyə 1 dövlət, 5 rəsmi, 34 işgüzar səfər həyata keçirilib. Dövlətimizin başçısı sonuncu dəfə Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu il fevralın 18-də Türkiyəyə rəsmi səfər edib. Bu gün isə Azərbaycan Prezidentinin qardaş ölkəyə növbəti səfəri gerçəkləşir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə indiyədək ölkəmizə 1 dövlət, 5 rəsmi və 8 işgüzar səfər edib. Prezident Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə ötən il iyunun 13-də Azərbaycana dövlət səfərinə gəlib. Bununla yanaşı, ölkələrimiz arasında müxtəlif səviyyələrdə də qarşılıqlı səfərlər həyata keçirilir.

Qeyd edək ki, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Qardaş ölkə Azərbaycanın müstəqilliyini 1991-ci il noyabrın 9-da tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci il yanvarın 14-də qurulub. 1992-ci ilin avqustunda Azərbaycanın Türkiyədə səfirliyi fəaliyyətə başlayıb. Sonrakı illərdə - 1993-cü ildə Azərbaycanın İstanbulda, 2004-cü ildə isə Qarsda baş konsulluqları təsis edilib. Türkiyənin isə hazırda Gəncədə və Naxçıvanda baş konsulluqları fəaliyyət göstərir.

İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini ortaya qoyan Azərbaycan və Türkiyə birlikdə nəhəng layihələr reallaşdırmaqla təkcə ölkələrimizin deyil, böyük bir regionun da inkişafına mühüm töhfələr verir. Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP kimi meqalayihələrdən qardaş ölkələrimizlə yanaşı, digər xalqlar da faydalanır.

Ölkələrimizin beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələndirilmiş fəaliyyət, qarşılıqlı dəstəyin davam etdirilməsi və gücləndirilməsi istiqamətində atdığı addımlar öz bəhrəsini verməkdədir. Azərbaycan-Türkiyə əlaqələrinin belə yüksək inkişafı regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu münasibətlər, həmçinin türkdilli ölkələr və xalqlar arasında birliyin və əməkdaşlığın daha da gücləndirilməsini şərtləndirən ən mühüm amillərdən biridir. Prezident İlham Əliyev bununla bağlı deyib: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün Türk dünyası üçün də mühüm rol oynayır. Biz Türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsidir. Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bu barədə açıq şəkildə bildirib: “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”. Bu ifadə Azərbaycanın Türk dünyası ilə bağlı siyasətinin nə qədər əhəmiyyətli olduğunu vurğulayır.

Qardaş ölkələrimizin münasibətlərində Şuşa Bəyannaməsinin əhəmiyyəti

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın otuz ilə yaxın davam edən işğalına son qoyulması ilə nəticələnən Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində tamamilə yeni səhifə açdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında Azərbaycana açıq, dəqiq və birmənalı dəstək ifadə etməsi nəinki xalqımızı ruhlandırdı, eyni zamanda, müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Bu tarixi Qələbənin təntənəsi olan Zəfər paradında Azərbaycan və Türkiyə prezidentləri çıxışlarında dünyaya xalqlarımızın və ölkələrimizin qardaşlığının sarsılmazlığı və daim bir-birinin yanında olmaları barədə çox mühüm və aydın mesajlar verdilər. Qardaş ölkələrimizin dövlət başçılarının Zəfər paradında tarixi çıxışları qələbəmizin möhtəşəmliyini bir daha dünyaya çatdırdı.

2021-ci il iyunun 15-də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsi sayılır. Bu sənəddə təsbit olunan strateji müttəfiqlik qardaş dövlətlərimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq, habelə təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini ehtiva edir. Bəyannaməyə əsasən, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsində vacib rol oynayacaq.

Prezident İlham Əliyev bu tarixi sənədin əhəmiyyətini onun imzalanması mərasimindəki çıxışında məhz bu cür ifadə edib: “Bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.

Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm təkan verib. Qardaş ölkələrimiz bu sənəddən irəli gələrək strateji müttəfiqlik münasibətlərini bütün sahələrdə uğurla inkişaf etdirir. Türkiyə Azərbaycan Ordusunun ən müasir tələblər səviyyəsində modernləşdirilməsinə də fəal dəstək göstərib. Qardaş ölkələrimizin ordularının peşəkarlığının artırılması məqsədilə mütəmadi qaydada genişmiqyaslı hərbi təlimlər keçirilir.

Bundan başqa, Türkiyə şirkətləri işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərində yaxından iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının, digər mühüm obyektlərin açılışlarında birgə iştirakı işğaldan azad olunan ərazilərin dirçəldilməsinin sürətləndirilməsinə verilən böyük önəmin göstəricisidir.

Qardaşlıq münasibətləri sınaq qarşısında

Ötən il fevralın 6-da qardaş ölkədə baş verən güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması, on minlərlə insanın xəsarət alması Azərbaycan xalqını dərindən sarsıtdı, kədərləndirdi. Faciədən dərhal sonra Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, ölkəmizin Türkiyənin dərdinə şərik çıxdığını, Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu bildirdi. Dövlətimizin başçısı 420 nəfərdən ibarət xilasedici heyətin qardaş ölkəyə göndərildiyini və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaqlarını ifadə etdi.

Fevralın 8-də Türkiyənin Bakıdakı səfirliyini ziyarət edərək, zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verən Prezident İlham Əliyevin “Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə” sözləri qardaş Türkiyənin bu çətin günündə hər bir azərbaycanlının hisslərini ifadə edirdi. Dövlətimizin başçısının “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir” sözlərindən daha da ilham alan xalqımız yardım toplama mərkəzlərinə gecə-gündüz demədən axın edərək, qardaş Türkiyə xalqına var gücü ilə dəstək olmağa çalışdı.

Zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dərhal Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət təyyarələr, həmçinin 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə yola salındı. Yardımların göndərilməsi sonrakı günlərdə də fasiləsiz davam etdirildi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyəyə yardım çağırışına qoşulan xalqımız qardaş xalqın köməyinə yetişmək üçün bir nəfər kimi səfərbər oldu. Azərbaycan Hökuməti, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanları və sıravi vətəndaşlar Türkiyəyə humanitar yardım göstərilməsi kampaniyasına fəal şəkildə qoşuldular. Azərbaycan Respublikası tərəfindən qardaş ölkəyə xilasedicilər, tibbi və inzibati heyət, könüllülərdən ibarət 867 həmvətənimiz göndərildi. Bundan başqa, dövlət qurumları, hüquqi və fiziki şəxslər tərəfindən birbaşa maliyyə yardımı edilib. Bu işdə Heydər Əliyev Fondu xüsusilə diqqəti cəlb edir. Fondun təşkil etdiyi kampaniya çərçivəsində qardaş ölkəyə fasiləsiz humanitar yardımlar göndərilib.

Qardaş xalqın bu ağır günündə Azərbaycanın dərhal yardım əlini uzatması Türkiyədə sıravi vətəndaşlardan tutmuş dövlət rəsmilərinə qədər dərin minnətdarlıq hissi ilə qarşılanıb.

Qardaşlığımızın daha bir təzahürü Türkiyənin Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsidir. Ümumi sahəsi 32 hektar olan məhəllənin layihəsinə əsasən burada yaşayış binaları, məktəb və uşaq bağçası, mədəniyyət mərkəzi salınır. Məhəllədə 71 yaşayış binası inşa olunacaq. Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən icra olunur.

Sonda xüsusilə vurğulamaq yerinə düşər ki, Azərbaycan və Türkiyə tarix boyu bir sıra sınaqlarla üzləşsə də, həmin çətinliklərdən mətanətlə çıxıb. Ən fərəhləndirici məqam ondan ibarətdir ki, dövlətlərimiz və xalqlarımız bu çətinliklərin öhdəsindən gəlmək üçün bir-birinə əsl qardaşlıq dəstəyi göstərib. Türkiyə dövləti və xalqı bu çətin sınağı artıq arxada qoyub.

İnformasiya məkanında dayanaqlı dəstək

Azərbaycan və Türkiyə media sahəsində də uğurla əməkdaşlıq edirlər. Beynəlxalq informasiya məkanında təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının xəbər carçısına çevrilən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Türkiyənin Anadolu Agentliyinin ən yaxın və etibarlı tərəfdaşıdır. AZƏRTAC ilə Anadolu Agentliyi arasında sıx tərəfdaşlıq əlaqələri nümunəvi örnəyə çevrilib. Agentliklərimiz beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəkləyir.

Bu iki agentlik təkcə qardaş ölkələrimiz arasında deyil, ümumilikdə Türk dünyası dövlətləri arasında media sahəsində əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Artıq türk dövlətləri müasir informasiya məkanında qarşılıqlı faydalı, dayanıqlı dəstəyi milli ehtiyac kimi qəbul ediblər və bu prosesdə əsas rolu məhz qardaş ölkələrimizin - Azərbaycanın və Türkiyənin milli informasiya agentlikləri öz üzərilərinə götürüblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-ə yaxın husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et, ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib