DİN: Ötən il qeyri-leqal dövriyyədən 3,4 tondan çox narkotik vasitə çıxarılıb
Bakı, 23 yanvar, AZƏRTAC
Qeyri-leqal dövriyyədən 2021-ci illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb. 172 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.
AZƏRTAC xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.
Nazir son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib. Eyni zamanda, cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini vurğulayaraq fəal mövqe sərgiləyən bütün şəxslərə təşəkkürünü bildirib.
Yeniyetmələr və gənclər arasında antinarkotik təbliğatın daha məqsədyönlü davam etdirilməsinin zəruriliyinə də toxunan nazir əsas diqqətin ölkədə narkotiklərə olan tələbatın azaldılmasına yönəldilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bu vacib sahədə işin vətəndaş cəmiyyəti və media nümayəndələri, sosial şəbəkə istifadəçiləri ilə əlaqəli aparılmasına göstəriş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
- 14.10.2026 [12:15]
Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [11:13]
TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil
- 14.10.2026 [10:39]