Donald Tramp COVID-19 əleyhinə vaksinin xaricə gondərilməsini istisna etmir
Bakı, 29 iyul, AZƏRTAC
ABŞ çox güman ki, COVID-19 virusuna qarşı iri vaksin partiyasının təkcə öz ərazisinə deyil, həm də xaricə çatdırılmasını təşkil edə biləcək.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə təşkil olunan mətbuat konfransında deyib.
“Çox güman ki, digər ölkələrə də iri vaksin partiyaları çatdıra biləcəyik. Ağ ciyərlərin süni havalandırma aparatlarını göndərdiyimiz kimi”, - deyə Donald Tramp bildirib.
Onun sözlərinə görə, lazımi icazələr alınan kimi ABŞ 100 milyon, daha sonra isə 500 milyon vaksin dozasının istehsalına başlayacaq. “Bu, çox tezliklə baş verə bilər”, - ABŞ Prezidenti belə deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]
Brno alimləri işıq vasitəsilə mini tor qişalarına “görməyi” öyrədiblər
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]
Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq
- 05.10.2026 [13:08]