Donald Tramp Ukraynada bufer zonası yaratmaq istəyir
Bakı, 19 dekabr, AZƏRTAC
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada 40 min avropalı hərbçinin patrulluq edəcəyi bufer zonası yaratmaq istəyir.
AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.
“Bu həftə Donald Trampın köməkçiləri Ukrayna və Rusiya qoşunları arasında 40 min avropalı hərbçinin patrulluq edəcəyi bufer zonasının yaradılması planını müzakirə ediblər. Bu təklif müharibənin ilk günlərindən bəri Ukraynaya qoşun göndərməkdən imtina məsələsinin inam simvoluna çevrildiyi Berlin və Londonun qəzəbinə səbəb ola bilər”, - deyə məlumatda qeyd olunub.
Belə planın mümkünlüyünə şübhə edən ekspertlərin fikrincə, Donald Tramp bu yolla Ukraynada müharibənin sona çatdırılması üçün real şərtlər irəli sürmək əvəzinə “siyasi teatr” təşkil edir.
Bir müddət öncə, “Bloomberg” agentliyi Avropa rəsmilərinə istinadən xəbər vermişdi ki, Avropa İttifaqının hakimiyyət orqanları Ağ evin gələcək rəhbərinin qələbəsi və Vaşinqtonun təhlükəsizlik zəmanətlərinin mümkün zəifləməsi səbəbindən müdafiəsiz qalacağından ehtiyatlanırlar. Eyni zamanda, onlar müdafiə xərclərini artırmaq üçün vəsaiti haradan tapacaqlarını bilmirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]
Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb
- 05.10.2026 [14:33]
Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]