DSX: Ermənistan silahlı bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədiblər
Bakı, 7 yanvar, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədiblər.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 7-də saat 14:56 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən snayper tüfəngindən açılan atəş nəticəsində sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.
DSX rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli zabitlər hadisə yerindədirlər. Hazırda Hərbi Prokurorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]