Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASININ SON VARİANTI TEZLİKLƏ HAZIR OLACAQDIR

Bakı, 4 fevral (AZƏRTAC). Bu günlərdə Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının son variantı hazır olacaqdır.

Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, sənədin son variantında alimlərin və əlaqədar təşkilatların təklif və rəyləri nəzərə alınmışdır. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilən iclasında təklif edilən əlavə və düzəlişlər də Xartiyanın son variantında əksini tapmışdır. Diaspor siyasəti sahəsində gələcəkdə görüləcək işlərin proqramı olan Həmrəylik Xartiyasının yekun variantının Bakıda alimlərin, ziyalıların və mətbuatın iştirakı ilə geniş ictimai müzakirəsi təşkil olunacaqdır. Bu məqsədlə keçiriləcək “dəyirmi masa”da ən son dəqiqləşdirmələr aparıldıqdan sonra sənəd çap olunacaq və Avropa Azərbaycanlıları Konqresinin 3-cü qurultayında iştirak edən diaspor təşkilatlarının rəhbərləri və fəallarına paylanacaqdır.

Daha sonra Niderlandda Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası Azərbaycan diasporunun tarixində yeni mərhələnin əsası kimi” mövzusunda konfrans keçiriləcəkdir. Sənədi hazırlayan alimlərin də iştirak edəcəyi bu tədbirdə soydaşlarımızı maraqlandıran məqamlara aydınlıq gətiriləcək, suallar cavablandırılacaqdır. Bu tədbirlər Xartiyada nəzərdə tutulan məqsəd və vəzifələrin həyata keçirilməsinin konkret mexanizmlərini tətbiq etmək məqsədi daşıyır.

Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası Azərbaycan Konstitusiyasına, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanuna, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına, BMT-nin “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməsinə, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına, BMT-nin “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Konvensiyasına, Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasına, insan hüquqları və əsas azadlıqların, etno-mədəni müxtəlifliyin, milli dəyərlərin qorunması və inkişafı üzrə digər yerli və beynəlxalq hüquqi aktlara əsaslanır.

Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası Azərbaycan xalqının və dövlətinin milli maraqlarının müdafiəsində dünya azərbaycanlılarının fəal iştirakını təmin etməyi qarşıya məqsəd qoyan, xarici ölkələrdə yaşayan azərbaycanlıların tarixi Vətənin mənafeləri naminə vahid amal ətrafında birləşmək əzmini və iradəsini ifadə edən, bu birliyin ideoloji, sosial-fəlsəfi, siyasi və mənəvi aspektlərini müəyyənləşdirən, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini özündə birləşdirən ideoloji konsepsiyadır.

Azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsi, cəmiyyətə inteqrasiya prosesində qarşıya çıxan problemlərin aradan qaldırılması, milli mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği metodologiyasını müəyyən etmək də Xartiyanın məqsədlərindəndir. Bu sənəd xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dövlətçiliyi və tarixi Vətənin milli maraqları ətrafında daha sıx birliyinə nail olunmasını, diasporumuzun digər xalqların diasporları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsini, güclü Azərbaycan lobbisinin formalaşdırılması üçün real zəminin hazırlanmasını tənzimləyən sənəddir.

Xartiyada xarici ölkələrdəki Azərbaycan diasporunun ayrı-ayrı regionlar üzrə fəaliyyətinin əsas istiqamətləri də əksini tapıb.

Yeni dünya düzəni, xüsusilə də qloballaşma prosesləri dünya xalqlarının müxtəlif ölkələrə səpələnmiş nümayəndələrinin öz milli köklərinə və Vətənlərinə bağlılığını daha da möhkəmləndirməsini gündəmə çıxardığı bir vaxtda dünya azərbaycanlılarını bir araya gətirmək Azərbaycan dövlətinin əsas məqsədlərindən biridir. Bu prosesə davamlı dəstək verən və xüsusi diqqət ayıran Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrdə yaşayan soydaşlarımızın dünyada baş verən qloballaşma, inteqrasiya, sivilizasiyaların dialoqu kimi yeni reallıqların fəal tərkib hissəsinə çevrilməsini aktual saymaqla yanaşı, onların öz mədəniyyətinin, tarixinin, dilinin, milli mənəvi dəyərlərinin qorunması, inkişaf etdirilməsi, həmçinin dünya intellektual potensialına, eyni zamanda yaşadıqları ölkənin ictimai-siyasi həyatına öz töhfələrini verməsi kimi meyarları da aktual sayır. Onu da qeyd edək ki, bu məsələlər 2007-ci ildə Prezident İlham Əliyevin təsdiq etdiyi “Milli Təhlükəsizlik Konsepsiyası”nda da əksini tapmış müddəalarda yer almışdır. Konsepsiyanın mahiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında qarşıya qoyulan vəzifələrə mühüm dəstəkdir.

Yeni yüzillikdə bütün dünyanın əsas informasiya mənbəyi və ünsiyyət vasitəsi olan virtual məkanda da Azərbaycanı tanıtmaq, onun dəyərlərini və gerçəkliklərini təbliğ etmək və azərbaycanlıları bir-birinə daha da yaxınlaşdırmaq məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu konkret təkliflər hazırlayıb ki, bu da Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında nəzərdə tutulmuş məsələlərdən biridir. Bu təkliflər reallaşdıqca dünya azərbaycanlılarının daha da həmrəy olmasına, yeni inkişaf perspektivlərinə qədəm qoymasına imkan yaranacaqdır. Belə ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların maneəsiz və vaxt itirmədən bəhrələnəcəyi, ölkəmizin milli maraqlarına xidmət edən virtual məkan formalaşdırılması soydaşlarımızı vahid informasiya mühiti ilə təmin edə biləcək zəruri bir addımdır.

İnformasiya Texnologiyaları İnstitutu dünya azərbaycanlılarının vahid veb-portalının yaradılmasını təklif edir. Bu, soydaşlarımızın harada yaşamalarından asılı olmayaraq, onlara Azərbaycanı tanımaları üçün bələdçilik edə bilər. Bu və digər təkliflərin həyata keçirilməsi məqsədi ilə fəaliyyət planı hazırlamaq ərəfəsində olan İnstitut rəhbərliyinin fikrincə, “virtual dünya”nın diktə etdiyi reallıqlar diaspor quruculuğu işinin keyfiyyətcə yeni prinsiplər əsasında həyata keçirilməsini tələb edir. Bu baxımdan Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının qarşısında duran əsas vəzifələrdən biri də qlobal informasiya cəmiyyətinin təzahürü kimi meydana çıxan virtual dünyanın tərkib hissəsi olan Virtual Azərbaycanın formalaşdırılması və inkişaf etdirilməsidir. Çünki bu yolla soydaşlarımız arasında həmrəyliyin təmin olunması istiqamətində ən mühüm vəzifələrdən biri milli informasiya məkanını genişləndirmək və qloballaşdırmaq, həmvətənlərimiz arasında ortaq informasiya mühiti formalaşdırmaq, milli mənəvi dəyərlərin daşıyıcısı informasiya resurslarına çıxışı təmin etmək və bu sahədə mövcud olan problemləri həll etmək mümkündür. Virtual Azərbaycan layihəsi gerçəkləşərsə, müxtəlif ölkələrdəki soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında nəzərdə tutulan müddəa və prinsiplərlə birbaşa virtual məkanda tanış ola və fikir mübadiləsi apara biləcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib  

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır VİDEO

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır VİDEO

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi VİDEO

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib