Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Almaniyanın müxtəlif şəhərlərində qeyd olunmuşdur
Berlin, 29 dekabr (AZƏRTAC). Almaniyanın Hamburq və Şlesviq-Holştayn şəhərlərində yaşayan azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü birlikdə qeyd etmişlər.
Norderstedt şəhərində fəaliyyət göstərən “Buta” Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə 80 nəfərə yaxın azərbaycanlı iştirak etmişdir.
“Buta” cəmiyyətinin sədri Rüfət Seyidov çıxış edərək həmrəylik gününün dünya azərbaycanlıları üçün mühüm əhəmiyyət kəsb etdiyini qonaqların diqqətinə çatdırmışdır.
Bu cür tədbirlərin doğma Vətəndən kənarda tez-tez keçirilməsinin əhəmiyyətli və soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında daha sıx birləşmələri üçün önəmli olduğu vurğulanmışdır.
Tədbirdə uşaqlar və gənclər üçün maraqlı əyləncəli proqram təşkil olunmuşdur.
Milli musiqilərimizdən ibarət konsert proqramı olmuşdur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]