DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ LONDONDAKI AZƏRBAYCAN EVİNDƏ QEYD EDİLMİŞDİR
Bakı, 5 yanvar (AZƏRTAC). Yeni il və Dünya Azərbaycanlılarının həmrəyliyi günü Londondakı Azərbaycan Evində qeyd edilmişdir.
Tədbirdə Londonda təhsil alan və yaşayan azərbaycanlı gənclərlə yanası, Azərbaycandan gəlmiş qonaqlar, digər icmaların nümayəndələri iştirak etmişlər.
Proqramın açılışından sonra qonaqlar yemək süfrəsi ətrafında toplaşmışlar. Daha sonra, maraqlı və əyləncəli oyunlar təşkil olunmuşdur. “Portağalla rəqs” yarışmasında qalib gəlmiş Macarıstan icmasının nümayəndələrinə üzərində Bakının şəkli olan xatirə hədiyyəsi verilmişdir.
Tədbir iştirakçıları 2009-cu ilin gəlişini də maraqlı, əyləncəli oyunlarla qarşılamışlar.
Tədbir, BBC Azərbaycan xidməti tərəfindən işıqlandırılmışdır.
Qeyd edək ki, London Azərbaycan Evində ikinci ildir ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd edilir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]