Dünya Səhiyyə Təşkilatı koronavirus pandemiyası elan edib
Bakı, 11 mart, AZƏRTAC
Yeni koronavirusun dünyada yayılması pandemiya xarakteri alıb.
AZƏRTAC xəbər verir ki, bunu Cenevrədə keçirilən brifinqdə Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.
O deyib: “Yaxın günlərdə və həftələrdə yoluxma və ölüm hallarının baş verdiyi ölkələrin sayının artacağını gözləyirik. Biz belə qənaətə gəlmişik ki, COVID-19 pandemiya kimi xarakterizə edilə bilər”.
Qeyd edək ki, martın 11-nə olan məlumata görə, dünyanın 114 ölkəsində 122 mindən çox insan yeni koronavirusa yoluxub. Onların əksəriyyəti sağalsa da, indiyədək 4,4 minə yaxın insan həyatını itirib.
Yeni koronavirus ilk dəfə dekabr ayında Çinin Uxan şəhərində qeydə alınıb. Avropada isə virus ən çox İtaliyada yayılıb. Fransa və Almaniyada da koronovirusun yayılması ilə bağlı vəziyyət mürəkkəbləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]