Dünya Turizm Təşkilatının baş katibi bu vəzifəyə yenidən seçilmişdir
Bakı, 31 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Afrikanın Zambiya və Zimbabve respublikalarının birgə təşkilatçılığı ilə BMT-nin Dünya Turizm Təşkilatının (DTT) Baş Assambleyasının XX sessiyası keçirilmişdir.
AZƏRTAC DTT-nin rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycanın qurumun İcraiyyə Şurasının üzvlüyünə qəbul olunduğu sessiyada Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin yenidən bu vəzifəyə seçildiyi elan edilmişdir.
Onun namizədliyi DTT-nin İcraiyyə Şurasının bu il mayın 28-də Serbiyanın Belqrad şəhərində keçirilmiş 95-ci sessiyasının Taleb Rifainin 2014-2017-ci illərdə təşkilatın baş katibliyi vəzifəsinə irəli sürülməsi ilə bağlı qərarından sonra təsdiq edilmişdir.
DTT-nin Nizamnaməsinə əsasən Taleb Rifainin namizədliyi onun vətəndaşı olduğu İordaniya tərəfindən təklif edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]