DÜNYANI TƏHLÜKƏLİ QRİP VİRUSU GÖZLƏYİR
Alim demişdir ki, pandemik qrip virusunun dünyada bu il də olmasa, gələn il, yaxud yaxın illərdə peyda olacağına tam əminlik var”. Donuzlar “insan” və “quş” qripinin viruslarına eyni dərəcədə asanlıqla yoluxur. Bu iki virusla eyni vaxtda yoluxan donuzun hüceyrələrində reasortasiya, yəni virusların qaynayıb-qarışması prosesi gedəcəkdir. Yeni virus isə insandan insana keçə biləcəkdir. Beləliklə, pandemik qrip yaranacaqdır.
D.Lvov ABŞ ekspertlərinin apardığı tədqiqatların nəticələrini misal gətirmişdir. Onlar hesablamışlar ki, yarım ildə ABŞ-da təxminən 700 min insan bu qriplə yoluxa və onların 300 min nəfəri ölə bilər. Alim vurğulamışdır ki, bu faciənin başqa ölkələrdə də baş verməsi istisna deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]