Azərbaycan Dövlət İnformasiya Agentliyi

E.AXUNDOVA: “NAXÇIVAN ƏLİYEVİ XİLAS ETDİ, ƏLİYEV İSƏ AZƏRBAYCANI”

Moskva, 18 dekabr (AZƏRTAC). “Heydər Əliyev və Naxçıvan 1990-1993-cü illərdə”. Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi ilə əlaqədar Naxçıvan MR Ali Məclisinin dəstəyi və Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşkilatçılığı ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda tanınmış yazıçı-publisist, Azərbaycanın əməkdar jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın məruzəsi belə adlanırdı. E.Axundovanın məruzəsi Moskvanın elmi ictimaiyyəti və Rusiyanın tanınmış ali məktəbində keçirilən elmi konfransın bütün iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tanınmış bioqraflarından biri olan E.Axundova öz məruzəsində qəhrəmanının bioqrafiyasına ekskurs etmiş, onu təkcə Naxçıvanın deyil, bütün xalqımızın böyük oğlu, görkəmli siyasi lider kimi yetişdirmiş Naxçıvanla sıx əlaqəsi barədə məlumat vermişdir. E.Axundova Heydər Əliyevin həyatının Moskva dövrü barədə, həmin dövrdə çoxlu itkilər və məyusluqlarla üzləşməsi, Sov.İKP MK-nın sonuncu baş katibi Mixail Qorbaçovun ona qarşı xəyanəti, özlərini “demokratik” adlandıran KİV-lərin Heydər Əliyevə və onun ailəsinə münasibətdə qeyri-obyektiv mövqe tutması, habelə psixoloji baxımdan heç də az gərgin olmayan “dəyərlərin yenidən qiymətləndirilməsi” barədə söhbət açmışdır. E.Axundova demişdir: “O, kommunizm ehkamlarından və ideallarından imtina etmiş, yeni dayaq nöqtəsi axtarmış və yeganə düzgün qərar qəbul edərək doğma Vətənə qayıtmağı, öz xalqı ilə bir olmağı qət edərək bu dayaq nöqtəsini tapmışdır”.

Məruzədə qeyd edilmişdir ki, Heydər Əliyev Naxçıvana səssiz-küysüz gəlmişdi, buna baxmayaraq Naxçıvan öz adlı-sanlı övladını milli qəhrəman kimi qarşılamış, ona qayğı, sevgi və nəvaziş göstərmişdi. Məruzəçi bildirmişdir ki, sadə naxçıvanlıların sevgisi liderə sözün həqiqi mənasında şəfa gətirmişdir. Heydər Əliyev evdən çıxanda yerli sakinlər onu mühafizə etmək üçün dövrəyə alırdılar. Muxtar respublikanın bütün guşələrindən gələn sakinlər Heydər Əliyevin bir müddət onların yanında yaşamasını təklif edirdilər. Nehrəm kəndinin bir sakini isə təzəcə tikdiyi evi ondan hədiyyə kimi qəbul etməyə razı salmaq üçün uzun müddət Heydər Əliyevin yanına gedib-gəlmişdir.

E.Axundova Azərbaycanın o vaxtkı rəhbərlərinin ümummilli liderə münasibətinin heç də birmənalı olmamasını da qeyd edərək vurğulamışdır ki, iqtidarın təkidli müqavimətinə baxmayaraq, naxçıvanlılar Heydər Əliyevi yekdilliklə eyni vaxtda iki parlamentin - Naxçıvan Ali Sovetinin və Azərbaycan Ali Sovetinin deputatı seçmişdilər.

Məruzədə Dağlıq Qarabağ münaqişəsi nəticəsində ətraf aləmdən təcrid olunmuş Naxçıvanın mühasirədən çıxarılmasında Heydər Əliyevin rolu xüsusi qeyd edilmişdir. Məhz onun Türkiyə və İran rəhbərləri ilə şəxsi əlaqələri sayəsində Naxçıvanla kommunikasiyalar yaradılmışdı. Bundan əlavə, Heydər Əliyev blokadada olan Naxçıvana humanitar yardım göstərilməsi barədə Qərb dövlətlərinin nümayəndələri ilə uğurlu danışıqlar aparmışdır. O, ABŞ Prezidenti Bill Klintona səmimi teleqram göndərmiş, bu teleqrama eyni dərəcədə səmimi cavab almış, sonra isə ABŞ-dan humanitar yardım gətirən “Boeing” təyyarələri Naxçıvan hava limanında yerə enmişdir.

Məruzədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin zəfərlə Bakıya qayıtması və Azərbaycan xalqının onu yekdilliklə dəstəkləməsi faktına xüsusi yer verilmişdir. Naxçıvanda Heydər Əliyevlə dəfələrlə görüşmüş Elmira Axundova demişdir: “Əliyev Naxçıvana gedib orada öz “vaxtını” gözləyirdi. O, əsla şübhə etmirdi ki, tezliklə onu geri çağıracaqlar”.

Elmira Axundova məruzəsinin sonunda demişdir: “O, öz “kiçik vətənini” tərk edəndə narahat idi, hərçənd bu Muxtar Respublikaya rəhbərlik etdiyi iki ildən az müddətdə əsas məsələni - Naxçıvanı işğaldan xilas etmək, sərt blokadanı aradan qaldırmaq, naxçıvanlıları ərzaq və yanacaqla təmin etmək məsələsini həll edə bilmişdi. İndi o, bütün ölkəni fəlakətdən xilas etməli idi. Buna görə də biz respublikada bir cümləni tez-tez təkrarlayırıq: “Naxçıvan Əliyevi xilas etdi, Əliyev isə Azərbaycanı”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO