Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Ədalətli keçid tərəfdaşlığı və investisiyaların stimullaşdırılması” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 1 oktyabr, AZƏRTAC

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Ədalətli keçid tərəfdaşlığı və investisiyaların stimullaşdırılması” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, “GE Vernova” Konsaltinq xidmətlərinin kommersiya rəhbəri və strategiya lideri Gagan Porvalın moderatorluğu ilə keçirilən dəyirmi masada “Ədalətli keçid tərəfdaşlığı və investisiyaların stimullaşdırılması” mövzusu müzakirə edilib.

Tədbirdə çıxış edən COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib: “Ekologiya ilə yanaşı, iqtisadiyyatın inkişafı da dünyanın gələcəyi üçün önəmlidir. Biz burada insanların həyatda qalması və eyni zamanda, rifah içində yaşaması üçün müzakirələr aparırıq. Bakı İqlim Fəaliyyəti Həftəsi COP29-a qədər müzakirə üçün əlverişli platformadır”.

COP29-un Baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov xüsusilə enerji təhlükəsizliyi və müstəqilliyi nöqteyi-nəzərdən ədalətli keçidin əsas prinsipləri haqqında danışıb. O, tərəfdaşlıq və qlobal əməkdaşlığın azkarbonlu enerjiyə ədalətli keçidin təmin edilməsi istiqamətində vacib addım olduğuna diqqət çəkib: “Təmiz enerji investisiyalarının bütün regionları əhatə etməsini təmin edərək, tərəfdaşlığın enerji təhlükəsizliyinə dəstək verməyin yollarına fokuslanmaq lazımdır. Məqsəd daha dayanıqlı enerjinin gələcəyi üçün cığır açaraq, inkişaf etmiş və inkişaf edən ölkələr arasında qlobal əməkdaşlığı genişləndirən strategiyaların hazırlanmasıdır. Biz yeni yaşıl enerji dəhlizlərini yaradırıq. Bu baxımdan Azərbaycanın üstünlüyü var. Yaşıl keçidi təmin etmək üçün əsas lazım olan liderlik, etimad və təcrübədir”.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev ədalətli keçidə verilən töhfələrin maksimum səviyyəyə çatdırılması imkanlarından söz açıb. Bildirib ki, Azərbaycan yanacaq infrastrukturu, şəbəkə bağlantıları və enerji istehsalı sahələrində transsərhəd əməkdaşlıq imkanlarını yaratmaq üçün əhəmiyyətli addımlar atır.

“Baker Hughes”in birinci vitse-prezidenti Alessandro Brescianinin sözlərinə görə, növbəti iki onillikdə enerji landşaftının bərpaolunan mənbələrdən əldə edilən enerjinin 50-60 faizi hesabına kəskin dəyişməsi gözlənilir.

“AzərEnerji” ASC-nin prezidentinin strateji layihələr üzrə müşaviri Adil Əliyev qabaqcıl təcrübələr və digər regionlarda oxşar əməkdaşlıqlar barədə məlumat verib.

“Petronas”ın birinci vitse-prezidenti Siti Rafidah özəl sektorların ədalətli keçidi sürətləndirmək istiqamətindəki rolundan danışıb.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının İnkişaf Səmərəliliyi İdarəsinin baş meneceri Mohammed Alyami deyib: “Maliyyə problemi çətinlik olaraq qalmaqda davam edir. Bəzi məsələlər enerji keçidi üçün düzgün texnologiyaların tətbiqi və ədalətli keçidi əsas prinsip kimi irəli sürmək baxımından lazım olan maliyyəni cəlb etmək səylərinə əngəl törətməkdə davam edir. Düşünürəm ki, bütün bunlar ətraflı şəkildə müzakirə edilib, öz həllini tapacaq”.

“PAŞA Holdinq”in Strateji idarəetmə departamentinin direktoru Teymur Hüseynov yüksəkkarbonlu enerji texnologiyalarına cəlb edilmiş işçi qüvvəsinin bu keçidin reallaşdırılması prosesinə daxil edilməsinin önəmindən danışıb, aşağıkarbonlu enerji texnologiyalarının tətbiqini sürətləndirməyin yollarından söz açıb.

Dünya Bankının enerji məsələləri üzrə baş mütəxəssisi Florian Kitt isə çıxışında deyib: “Şəbəkə enerji keçidinin dayaq sütunudur. Enerji dəyəri zəncirinin bu hissəsinə investisiya etmədən məqsədimizə nail olmaq mümkün deyil. Bu problemlə bağlı tədbirlər görülməlidir”.

“Masdar Azərbaycan”ın direktoru Murad Sadıxov qeyd edib ki, ədalətli keçidi əsas prinsip kimi irəli sürmək üçün lazım olan maliyyəni cəlb etmək vacibdir.

Dəyirmi masa müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbul və İzmirdə “Azərbaycan mədəniyyəti və incəsənəti günləri” keçiriləcək

Gürcü politoloq: Qərb ölkələri Cənubi Qafqazda inkişaf etmiş dövlətlərin olmasını istəmir

Hacıqabulda selin fəsadlarının aradan qaldırılması üçün çox sayda texnika cəlb olunub

Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Azərbaycanın U-21 millisi Şimali İrlandiyaya uduzub

Azərbaycan Kuboku: “Şahdağ Qusar” və "Şəfa" növbəti mərhələyə yüksəlib

“Muzey Gecəsi”nin layihə rəhbəri: Məqsədimiz fikirlərimizi müxtəlif ünsiyyət vasitələri ilə ifadə etməkdir

“Yaşıl iqtisadiyyatda süni intellekt” mövzusunda hakaton keçirilir

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə aparılacaq

Novak Cokoviç karyerasının 100-cü titulu uğrunda mübarizə aparacaq

Ağsuda yeniyetməni ilan sancıb

"Şuşa şəhərinin İslam memarlıq irsi" adlı simpoziumun ikinci gününə yekun vurulub -  YENİLƏNİB VİDEO

“Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” başa çatıb

Azərbaycanda köçəri quşların populyasiyasında sabitlik müşahidə olunur

Keçmiş məcburi köçkünlər gələn ildən Turşsuya qayıdacaqlar

Qərbin xüsusi xidmət orqanları Gürcüstanda iğtişaşlar vasitəsilə Qafqazda gərginlik yaratmaq istəyirlər - ŞƏRH

Dmitri Savelyev: Rusiya-Azərbaycan əməkdaşlığının bütün səviyyələrdə inkişafına böyük diqqət göstərilir

ABŞ dərinlik nasoslarının sayını artırıb

Musa Qasımlı: Azərbaycan Ermənistanı məğlub etməklə onu müdafiə edən dövlətlər üzərində də qələbə qazandı

Dünya çempionatında medal qazanmış Azərbaycan atıcıları təltif ediliblər

Ermənistanın şərti sərhəddə davranışları cəmiyyətimiz tərəfindən birmənalı şəkildə təxribat kimi dəyərləndirilir – ŞƏRH

Portuqaliya humanitar vizalar tətbiq edir

“Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib

Malayziyada Azərbaycanın diaspor siyasəti və uğurları haqqında məlumat verilib

“Mingəçevir Reqatası-2024” beynəlxalq turniri ilk dəfə Füzulidə keçiriləcək

“Qalatasaray”ın iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən var VİDEO

Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir

Milli futbol liqaları FIFA-nı məhkəməyə verəcək

İrakli Kobaxidze: Gürcüstanda seçkilər azad, şəffaf, demokratik və rəqabətli olacaq

Mingəçevirdə oğul atasını döyərək öldürüb

Aydın Kərimov: Şuşada bu günə kimi 20-ə yaxın tarixi abidə tam bərpa olunub

Azərbaycanın batut gimnastları beynəlxalq yarışda finala yüksəliblər

“Böyük Dəbilqə”: Azərbaycanın bir cüdoçusu qızıl, digəri bürünc medal qazana bilər

İtaliya nəşri Pre-COP29 konfransından yazıb

Yardımlıda narkokuryer qohumlar saxlanılıblar

XİN: Ermənistanın baş nazirinin iddiaları reallıqların təhrif olunması cəhdidir

“Euronews”: Bakıda keçiriləcək COP29 iqlim sammitinin gündəliyi zəngindir

Şəhid övladları Şəkidəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində olublar VİDEO

Meteoroloqlar: Türkiyədə yay mövsümündə yağıntıların miqdarı 9 faiz azalıb

Hindistanda toy mövsümü ölkə iqtisadiyyatına 70 milyard dollar qazandıracaq

Gürcü politoloq: Qərb Gürcüstan hökumətini özünə tabe etdirmək istəyir

Ölkədaxili sərnişin qatarlarında sürət həddi endirilib

Rusiyada xərçəng əleyhinə vaksin melanoma xəstələri üzərində sınaqdan keçiriləcək

“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində

Milli Məclis Niderland parlamentinin Nümayəndələr Palatasının qətnamələrinə münasibət bildirib

İtaliyanın milli dəmir yolu holdinqinin işçiləri tətil edirlər

Alimlər: Sink ehtiyatlarının çoxu Yerə ibtidai asteroidlərlə birlikdə düşüb

Çikaqoda yük qatarı qarət edilib

Ekspert: Yeni sərəncam istehsal müəssisələrinin suya qənaət etməsinə səbəb olacaq

Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs saxlanılıb VİDEO

“TikTok” yüzlərlə iş yerini ixtisar edir və onları süni intellektlə əvəzləyir

Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir - AÇIQLAMA

Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 min fərd qеydə аlınıb

Qazax xanlığı haqqında XVII əsrə aid nadir əlyazma tapılıb

Tovuzda yeni təlim-məşq bazası tikiləcək, stadionun ot örtüyü dəyişdiriləcək

Məsut Özil "Zirə" komandasının qonağı olub

Türkiyə tezliklə 40 ədəd “Eurofighter” qırıcıları alacaq

“Spiegel”: Kiyevdə ilk dəfə Rusiyaya güzəştlərlə bağlı ssenari müzakirə edilib

Milli Strategiyanın icrası ilə su ehtiyatlarından daha səmərəli istifadə olunacaq - RƏYLƏR

Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

Şahin Diniyev: Estoniya ilə matçda futbolçularımızda keyfiyyət çatışmadı

İsveçin 600 vətəndaşı İnterpol tərəfindən axtarışa verilib

NASA Yupiterin peykinə kosmik gəmi göndərir

Slovakiya millisinin baş məşqçisi: Azərbaycanla oyun üçün fərqli planlar qurmalıyıq

Azərbaycan Daşkənddə turizmin inkişafına həsr edilən konfransda təmsil olunub

Nazir: Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, peşəkar kadr hazırlığı başlıca məqsədimizdir

Estoniyalı futbolçular Azərbaycan millisi ilə oyundakı qələbəni şərh ediblər

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Millətlər Liqası: Bundesliqada çıxış edən futbolçu Azərbaycan yığmasına qarşı oynamayacaq

Sensasiyalı eksperiment: Yuxuda olan insanlar arasında əlaqə qurulub

Donald Tramp ABŞ vətəndaşlarını öldürən mühacirlərə ölüm cəzası verilməsini istəyir

ASCO daha bir quru yük gəmisi alır

Bu ilin doqquz ayında 36,4 min şəxsə əlillik təyin olunub

Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb

Gürcüstanı qardaş qırğınına təşviq edənlər, əslində, regiondakı mövcudluqlarının mahiyyətini göstərirlər ŞƏRH

FHN: Ötən sutka 27 yanğına çıxış olub

Yeni tədqiqat: Şəkər beyin neyronları üçün yağlardan daha təhlükəlidir

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Vinçentso Montella Türkiyə millisinin tarixinə düşüb

BMT Ümumdünya Köçəri Quşlar Günündə həyəcan təbili çalır

Sədr: Hazırda 15 xarici şirkət “Cypho”nu tətbiq edir VİDEO

AHİK və Mediasiya Şurası əməkdaşlığa başlayır

Millətlər Liqası: Xorvatiya Şotlandiya ilə, Portuqaliya Polşa ilə qarşılaşacaq

Azərbaycan neftinin bahalaşması davam edir

DİN: Ötən gün 48 cinayətin üstü açılıb

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bu gün Azərbaycan Kubokuna iki oyunla start veriləcək

Tovuzda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

“Böyük Dəbilqə”: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulur

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycanın U-21 millisi bu gün Şimali İrlandiya ilə qarşılaşacaq

Bakının 3 küçəsində hərəkət qismən məhdudlaşdırılıb

Çində yanacağın qiyməti yenidən bahalaşıb

Xəzər İbrahim: COP29 çərçivəsində ABŞ-la Azərbaycan arasında çox yaxşı əməkdaşlıq mövcuddur VİDEO

Vaşinqtonda COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib VİDEO

“Boeing” şirkəti 17 000 iş yerini ixtisar edir

Masallıda yol-nəqliyyat hadisəsi nəticəsində piyada həyatını itirib

Bakıda rus bəstəkarın 180 illiyi qeyd ediləcək