Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Qubada vətəndaşları qəbul edəcək
Bakı, 11 mart, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Ceyhun Həsənov martın 13-də Quba rayonunda vətəndaşları qəbul edəcək.
Ədliyyə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Quba şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı) saat 12:00-da keçiriləcək qəbulda Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, bina 17; əlaqə telefonu: (02332) 5-18-88, 055-950-58-83, 077-338-31-20), habelə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (012) 493-54-30 və (051) 235-00-35 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Quba şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün Ədliyyə naziri müavininin həmin gün keçiriləcək qəbuluna nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:37]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:26]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]