ƏDLİYYƏ ORQANLARINA İŞƏ QƏBULLA BAĞLI SƏNƏDLƏR AVQUSTUN 31-DƏK TƏQDİM EDİLƏ BİLƏR
Müsabiqə komissiyası bildirir ki, builki məzunların müsabiqədə iştirakına, həmçinin xaricdə ali təhsil almış şəxslərin diplomlarının qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ekvivalentliyinin tanınması üçün imkan yaratmaq məqsədilə sənədlərin qəbulu müddətinin 2006-cı il avqustun 31-dək davam etdirilməsi qərara alınmışdır.
Sənədlər bütün iş günləri saat 9-dan 18-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1) qəbul olunur.
Əlavə məlumat almaq üçün 430-01-78, 430-11-05 nömrəli telefonlarla müraciət etmək olar.
Namizədlərə işə qəbulla əlaqədar keçiriləcək imtahanların vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.