ƏFSANƏVİ ALİM ARXİMEDİN ƏSƏRLƏRİNİN ƏN QƏDİM NÜSXƏLƏRİ TAPILMIŞDIR
Alimlər ən yeni texnologiyadan - flüorossent rentgen şüalarından istifadə edərək, qədim dini kağızlar arasında əfsanəvi antik alimin yeddi risaləsini tapmışlar. Tapıntını artıq “dünyanın səkkizinci möcüzəsi” adlandırmışlar.
Arximedin aşkarlanmış əsərləri arasında “Mexaniki nəzəriyyələr metodu” və “Stomaxion” (əvvəllər onların hərəsinin cəmi bir nüsxəsi məlum idi), habelə “Üzən cisimlər haqqında” nadir bir əsər var.
Arximedin mətnləri X əsrdə keçi dərisindən düzəldilmiş perqamentdə yazılmışdır. XIII əsrdə Qüdsün pravoslav monastırlarından birində yunan rahiblər qədim alimin əsərlərini qaşıyıb silmiş və perqamentə zəbur surələrini köçürmüşlər.
Lakin indi xüsusi rentgenin köməyi ilə alimlər perqamentdə yazılmış əvvəlki mətni bərpa etməyə müvəffəq olmuşlar. Məlum olmuşdur ki, bunlar Arximedin risalələridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]