“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində növbəti iməcilik keçirilib
Bakı, 22 aprel, AZƏRTAC
SOCAR-ın “Ətraf mühitin mühafizəsi üzrə 2017-ci ilin “Tədbirlər Planı”na uyğun olaraq aprelin 22-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində iməcilik keçirilib.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, kollektivin çoxsaylı nümayəndələrinin iştirak etdiyi iməcilik QSC-nin xidmət göstərdiyi sahələrində, o cümlədən SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun 9-cu sahəsində, Qaz Emalı Zavodunun ərazisində, Ekologiya İdarəsinin Tullantı Mərkəzində və “Azneft” İstehsalat Birliyinin (İB) “Abşeronneft”, “BibiHeybətneft”, H.Z.Tağıyev adına neft və qazçıxarma idarəsinin (NQÇİ) mədən ərazilərindəki yaşıllıq sahələrini əhatə edib.
İməcilik zamanı istehsalat sahələrində təmizlik və abadlıq işləri aparılıb, eyni zamanda, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə mexaniki təmizləyici qurğuların ətrafı alaq otlarından təmizlənib və tullantılar sahədən kənarlaşdırılıb.
"Ekol Mühəndislik Xidmətləri" QSC-də iməciliyin aprel ayının növbəti şənbə günündə də keçirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]