“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində yaşıllaşdırma tədbirlərinə xüsusi önəm verilir
QSC-dən AZƏRTAC-a bildiriblər ki, müəssisənin tullantıların emalı departamenti tullantıların təmizlənməsi və emalı proseslərinin ətraf mühitə təsirinin minimuma endirilməsi məqsədilə Heydər Əliyev adına Bakı neft emalı zavodunun və “Azərneftyağ” neft emalı zavodunun ərazisində mütəmadi olaraq yaşıllaşdırma tədbirləri həyata keçirir. Ötən dövrdə ərazilərə xeyli sayda ağaclar, bəzək və gül kolları əkilib, yeni yaşıllıq sahələri salınıb. Yaşıllıq sahələri suvarma sistemləri ilə təchiz edilib, bitkilərə aqrotexniki xidmət göstərilməsi və mühafizəsi üçün təcrübəli mütəxəssislər cəlb olunub.
Yaşıllaşdırma tədbirlərinin QSC-nin xidmət sahələrində davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]