Ekologiya və təbii sərvətlər naziri Ağdamda vətəndaşları qəbul edəcək
Bakı, 27 mart, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov martın 30-da Ağdam, Ağcabədi, Tərtər, Bərdə rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüş saat 09:30-da Ağdam şəhərinin Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 14 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Ağdam şəhəri, Quzanlı qəsəbəsi) müraciət etmələri (əlaqə telefonları: 026-325-05-64, 051-608-27-20, 070-299-22-62) xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]