Ekologiya və təbii sərvətlər naziri Siyəzəndə vətəndaşlarla görüşəcək
Bakı, 2 mart, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov martın 11-də saat 10:00-da Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonları sakinlərinin şikayət və müraciətləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.
Vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, ETSN-in “Qaynar xətt”i (168), həmçinin 5 saylı ekologiya və təbii sərvətlər şöbəsi (telefonlar: 050-338-20-66, 055-768-19-10, 023-323-00-14) ilə əlaqə saxlamaları xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]