Ekvadorda prezidentliyə namizəd qətlə yetirilib
Bakı, 10 avqust, AZƏRTAC
Ekvador prezidentliyinə namizəd Fernando Villavicencio seçkiqabağı kampaniyası çərçivəsində keçirdiyi görüşdən sonra naməlum şəxslər tərəfindən qətlə yetirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə hazırkı Prezident Gilyermo Lasso X (tviter) sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, cinayət cəzasız qalmayacaq.
"El Universo" qəzetinin məlumatına görə, F.Villavicencio başından üç güllə yarası alıb.
Qeyd edək ki, avqustun 20-də Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]