Əlcəzair qəzeti və portalı Xocalı soyqırımı haqqında məqalə yayıb
Qahirə, 27 fevral, AZƏRTAC
Əlcəzairin “Əl İxbariya” qəzeti və “Cəzairinfo” informasiya portalında Əlcəzair Universitetinin professoru Yusif Xorinin Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş məqaləsi yayılıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanlıların qətlinin səbəbləri” sərlövhəli məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dünyanın Azərbaycanın Xocalı şəhərində müasir tarixin ən dəhşətli kütləvi qırğınına şahid olduğu qeyd edilir. Müəllif yazır ki, erməni silahlılarının keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə törətdikləri soyqırımı cinayəti nəticəsində dinc insanlar vəhşicəsinə qətlə yetirilib, bir çox ailə tamamilə məhv olub.
Professor yazır ki, bu məsum insanların qətlinin əsas səbəblərindən biri onların müsəlman olmaları idi. Təəssüf ki, dünyada demokratiyanın və insan hüquqlarının carçısı qismində çıxış edən Qərb bu qanlı faciəyə biganə qaldı. “Beynəlxalq hüquq üzrə alim kimi mən bu tribunadan istifadə edərək dünyanın bütün hüquq müdafiəçilərini bu qanlı cinayəti törədənlərin cəzalandırılması üçün iddia irəli sürməyə çağırıram. Bunun üçün bütün faktlar və sübutlar mövcuddur”, - deyə professor vurğulayır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]