Əlcəzairdə yeni Baş nazir təyin edilib
Qahirə, 1 iyul, AZƏRTAC
Əlcəzairin maliyyə naziri Aymin Benəbderəhman ölkənin yeni Baş naziri təyin edilib.
AZƏRTAC xəbər verir ki, ölkə Prezidenti Əbdülməcid Tebbun ona pandemiya nəticəsində davam edən sosial-iqtisadi böhranın qarşısını almaq, habelə bu yaxınlarda keçirilmiş parlament seçkilərindən sonra siyasi partiyalarla dialoq şəraitində yeni hökumətin tərkibini müəyyən etmək səlahiyyəti verib.
Qeyd edək ki, Əlcəzairin sabiq Baş naziri Əbdüləziz Cerad iyunun 12-də keçirilmiş parlament seçkiləri ərəfəsində istefa vermişdi. Həmin vaxtdan ölkədə hökumət böhranı hökm sürüb. Əlcəzairin ən nüfuzlu İslam Partiyası və Sülh Naminə Cəmiyyət Hərəkatı parlamentdə çoxluq təşkil edir. Lakin koalisiya hökumətinin formalaşması üçün onlar daha bir güclü siyasi təşkilat - səslərin 23 faizini toplamış Milli Azadlıq Cəbhəsi ilə konsensus əldə etməlidir. Bundan başqa, Müsəlman Qardaşları Hərəkatına yaxın olan MSP siyasi hərəkatı da kabinetdə nazir vəzifələrinə iddialıdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]