ƏMƏK MİQRANTLARI RUSİYA REGİONLARI ÜZRƏ YENİDƏN BÖLÜŞDÜRÜLƏ BİLƏR
Hökumətin sədrinin fikrincə, qeyri-leqal əmək miqrasiyası “xəlvəti” iqtisadiyyatın tərəqqisinə şərait yaradır. O demişdir ki, Rusiya regionlarının başçıları pərakəndə satış sahəsində əcnəbi işçilərin yerlilərlə əvəz olunmasına artıq indidən başlamalıdırlar. M.Fradkov xatırlatmışdır ki, 2007-ci il aprelin 1-dən əcnəbi vətəndaşların bu sahədə işə götürülməsinə qadağa qüvvəyə minir.
Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) başçısı Konstantin Romodanovski müşavirədə çıxış edərək demişdir ki, ölkədə təxminən 10,2 milyon qeyri-leqal miqrantın olması barədə məlumatlara baxmayaraq, onların dəqiq sayı, demək olar, məlum deyildir. O, miqrantların leqallaşdırılması məsələsində tələsməməyə çağıraraq vurğulamışdır ki, Rusiya üçün tələb olunan əcnəbi miqrantların seçilməsi sistemini qaydaya salmağa FMX-yə iki-üç ay lazımdır.
Rusiya regionlarında işçi qüvvəsinə ehtiyac var. Əcnəbi əmək miqrantlarını regionların onlara tələbatı əsasında yerləşdirəcəklər. Təkcə bir şey aydındır ki, bu, topdan və pərakəndə satış bazarları olmayacaqdır.
Yaxın vaxtlarda hökumət əmək miqrasiyasının tənzimlənməsinə yönəldilmiş daha iki qərar, o cümlədən regionların əcnəbi işçi qüvvəsinə tələbatının müəyyən edilməsi və bunun əsasında həmin işçi qüvvəsinin cəlb olunması qaydası haqqında və Rusiya ərazisində əcnəbi vətəndaşın, onun ailə üzvlərinin adambaşına orta gəlirinin müəyyən edilməsi qaydası barəsində qərarlar qəbul edəcəkdir.