Emin Səfərbəyov: Yarışlar bizim üçün yaxşı təcrübə oldu
Gəncə, 7 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Yarış maraqlı idi. Final görüşü bir az çətin oldu. Əlimizdən gələni etdik, amma qızıl medal qazana bilmədik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında şpaqa növü üzrə qılıncoynatma millimizin üzvü Emin Səfərbəyov söyləyib.
Onun sözlərinə görə, bu yarışlar idmançılarımız üçün yaxşı təcrübə oldu. “Üzərimizdə daha yaxşı işləməliyik. Komanda yoldaşlarımla birgə hədəfimiz növbəti yarışlarda böyük uğurlara nail olmaq, qızıl medala sahib çıxmaqdır”, - deyə Emin Səfərbəyov əlavə edib.
Qeyd edək ki, Azərbaycanın oğlanlardan ibarət şpaqa növü üzrə qılıncoynatma millisi III MDB Oyunlarını gümüş medalla başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [20:02]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:45]
Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO
- 28.09.2026 [18:31]
MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]