ƏRƏBLƏRİN İZTİRABLARINA GÖRƏ İSRAİL TURİSTLƏRİNİ FİCİDƏN QOVDULAR
Avstraliyaya səyahətə çıxan turistlər “Yer üzündə cənnət” adlandırılan kurortda dincəlmək üçün Ficiyə yollanmışdılar. Hava limanında pasport nəzarətindən keçərkən immiqrasiya xidmətinin əməkdaşı israilli qonaqlardan pasportlarla yanaşı, şəxsiyyət vəsiqələrini də göstərməyi tələb edir.
İsraillilərdən biri demişdir: “Biz o xanıma bildirdik ki, başa düşmürük, pasport olan yerdə, şəxsiyyət vəsiqəsi nəyə gərəkdir. Bunu eşidən xanım üstümüzə qışqırdı ki, “biz belə vəsiqələri fələstinlilərdən də necə tələb etməyi və onları ələ salmağı əla bilirik”.
Bu hay-harayı eşidən polislər oraya gəlib, israilli turistləri kameraya salmış, dindirmiş və onlara hətta telefonla zənğ vurmağa belə icazə verməmişlər. Odur ki, qonaqlar barmaqlıqlar arxasında gecələməli olmuşlar. Ertəsi gün səhər onları Avstraliyaya uçan təyyarəyə mindirib, bu yerlərdə bir daha görünməyi qadağan etmişlər.
İsrail Xarici İşlər Nazirliyi bu hadisəni araşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]