Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır

Bakı, 13 noyabr, AZƏRTAC

Son aylarda Qazax istiqamətində Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən hadisələr birmənalı olaraq göstərir ki, Azərbaycan sərhədçiləri heç şübhəsiz və strateji əhəmiyyətli uğurlar qazanıb. Bununla əlaqədar, erməni tərəfin öz uğursuzluqlarını gizlətmək üçün Azərbaycan hərbi qulluqçularının guya Gürcüstan ərazisini tutmasında ittihamlarla gizlətmək cəhdlərinin, habelə real məğlubiyyətlərini “müzəffər” relyasiyalar kimi qələmə vermək səylərinin ətraflı təhlili xüsusi əhəmiyyət kəsb edir.

AZƏRTAC bu hadisələrin hərbi-siyasi təhlilini təqdim edir.

Azərbaycan ilə Gürcüstan arasına nifaq salmaq, ölkələrimizin qardaşlıq və dostluq münasibətlərinə xələl gətirmək cəhdləri bu gün və hətta dünən də başlamayıb. Erməni tərəfi faşist Almaniyasının baş ideoloqu Yozef Göbbelsin məşhur vəsiyyətlərinə israrla riayət etməyə çalışır. Göbbelsin “min dəfə təkrarlanan yalan həqiqətə çevrilir” sözləri öz uğursuzluqlarını inkar etmək siyasətinin və ağlasığmaz ümidlərinin reallaşması naminə böhtan insunasiyalarında manyakcasına inadkarlığın mahiyyətini çox gözəl ifadə edir.

Obyektiv təhlil qaydaları hadisələrin müqayisəli və xronoloji baxımdan dəqiq tutuşdurulmasını tələb edir və tərəflərin əsl məqsədlərini kifayət qədər dəqiq üzə çıxarmağa imkan verir. Bu hədəflər isə çox vaxt hadisələrin zahiri formaları arxasında gizlənir. Biz də bu qaydaya riayət edərək dövlət sərhədində baş verən hadisələrin xronoloji ardıcıllığını nəzərdən keçirməyə və erməni tərəfin əslində pis oyun zamanı yaxşı mina nümayiş etdirməyə yönəlmiş indiki addımlarının real mahiyyətini göstərməyə çalışacağıq.

2018-ci ilin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq qərarına əsasən, Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindəki hissəsinin qorunması Azərbaycan Dövlət Sərhəd Xidmətinə həvalə edilib. Bu, Azərbaycanın ali rəhbərliyinin həmin istiqamətdə gərginliyi azaltmaq və sərhəd infrastrukturunu təkmilləşdirmək istəyinin göstəricisidir.

Bu qərardan dərhal sonra Azərbaycan Sərhəd Xidməti dövlət sərhədində xidmət keçmək, sərhəd döyüş postları tikintisi və onların təchizatı üçün zəruri şərait yaradılması üzrə irimiqyaslı tədbirlər həyata keçirməyə başladı. Qısa müddətdə bu istiqamətdə yeni sərhəd postları istifadəyə verildi, sərhəd mövqeləri arasında təhlükəsiz gediş-gəliş məsələləri həll edilir, digər keyfiyyət dəyişiklikləri baş verir. Bunlar şəxsi heyətin döyüş ruhunun yüksəlməsi ilə müşayiət olunur, bu isə qarşı tərəfi narahat etməyə başlayır.

Erməni tərəfi əvvəlcə həmin dəyişiklikləri özü üçün əlverişli hesab edirdi, onun fikrincə Azərbaycan sərhədçiləri döyüş əməliyyatları aparmağı “bacarmazlar”, buna görə də 2019-cu il yanvarın 12-də Azərbaycan sərhədçilərini “yoxlamağa” cəhd göstərir - mühəndis texnikası iriçaplı atıcı silahlardan atəşə tutulur və bunun müqabilində ermənilər layiqli cavabını alır.

Martın əvvəlində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yol-mühəndis işləri aparılması bəhanəsi ilə öz mövqelərini dövlət sərhəd xətti boyunca irəlilətməyə başlayır. Onların əsl məqsədi isə tərəflərin döyüş mövqeləri arasındakı ərazidə hakim yüksəklikləri ələ keçirmək idi. Azərbaycan tərəfi düşmənin bu niyyətini vaxtında aşkar edir (bax: peyklə çəkilmiş 1-ci şəkil - erməni silahlı qüvvələri tərəfindən 2019-cu il martın 13-16-da döyüş postlarının irəli çəkilməsi ilə bağlı mühəndis işləri).

Erməni bölmələrinin daha əlverişli mövqelərdə möhkəmlənməsinə yol verməmək üçün onları qabaqlamaq və sərhəd döyüş mövqelərini sərhəd xəttinə qədər irəli çəkmək barədə qərar qəbul edilir. Qeyd etmək lazımdır ki, dövlət sərhəd xəttinə kifayət qədər yaxın (80-230 metr) yerləşən erməni tərəfin mövqelərindən fərqli olaraq, o vaxt Azərbaycan tərəfin döyüş mövqeləri sərhəd xəttindən təqribən 2 kilometr aralı idi. İntensiv atəşlərə baxmayaraq və şəxsi heyətin səyləri, habelə onların hərəkətlərinə taktiki baxımdan savadlı rəhbərlik edilməsi sayəsində artıq martın 28-də sərhəd xəttindən təqribən 300 metr aralıda yerləşən hakim yüksəklikdə Azərbaycan sərhədçilərinin yeni döyüş postu qurulur (bax: peyklə çəkilmiş 2-ci və 3-cü şəkillər - erməni silahlı qüvvələri tərəfindən 2019-cu il martın 28-nə qədər döyüş postlarının irəli çəkilməsi üzrə mühəndis işləri). Beləliklə, düşmənin öz mövqelərini irəli çəkmək niyyəti tamamilə neytrallaşdırılır və bu niyyət öz mənasını itirir, erməni silahlı qüvvələrinin yeganə çarəsi Azərbaycanın qürurla dalğalanan milli bayrağını yaxınlıqda köməksiz halda müşahidə etməyə qalır.

Bu vəziyyətlə barışmaq istəməyən erməni tərəfi iyun ayında dövlət sərhədi istiqamətində öz mövqelərini irəlilətmək məqsədilə növbəti dəfə provokasiyaya əl atır və Azərbaycan sərhədçiləri onları qabaqlamaq məqsədilə yenidən təsirli tədbirlər görməyə məcbur olur. Nəticədə iyulun axırlarında Azərbaycan sərhədçiləri öz döyüş mövqelərini irəlilədir və sərhəd xəttinin bilavasitə yaxınlığında hakim yüksəklikdə möhkəmlənir (bax: peyklə çəkilmiş 4-cü şəkil - erməni silahlı qüvvələri tərəfindən 2019-cu il iyulun 31-nə qədər döyüş postlarının irəli çəkilməsi üzrə mühəndis işləri). Bunun sayəsində erməni silahlı qüvvələrinin bir neçə döyüş mövqeyi, həmçinin Gürcüstandan Ermənistana gedən qaz boru kəməri və qaz-kompressor stansiyası (bax: şəkil 5) Azərbaycan sərhədçilərinin tam nəzarəti altına düşür. Bu, erməni tərəfi üçün əsl şok olur.

Erməni tərəfi buna cavab olaraq, snayperləri ön mövqelərə hərəkət etdirir, onların atəşləri nəticəsində Azərbaycanın iki sərhədçisi yaralanır , avtomobil texnikasına, o cümlədən tibb maşınına bir neçə güllə dəyir, bu isə müharibə aparılmasının hamılıqla qəbul edilmiş bütün qanunlarına ziddir. Bunun cavabında Azərbaycan tərəfi şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, nəticədə düşmən tərəfin bir snayperi məhv edilir (https://ru.armeniasputnik.am/politics/20191003/20640194/V-Tavushe-vsledstvie-strelby-VS-Azerbaydzhana-pogib-28-letniy-armyanskiy-kontraktnik.html) və erməni silahlı bölmələrinin bir neçə hərbi qulluqçusu yaralanır. Bu fakt Ermənistan KİV-ləri tərəfindən də təsdiqlənir ((https://ru.armeniasputnik.am/incidents/20190729/19831771/MID-Armenii-soobschilo-o-gibeli-odnogo-i-ranenii-2-voennykh-na-granitse-s-Azerbaydzhanom.html).

Bəs həmin vaxtda erməni tərəfi nə edir? Düz fikirləşirsiniz. Həqiqətə tam zidd olan ictimai rəy formalaşdırmağa başlayır. Məsələn, Ermənistan Müdafiə nazirinin müavini Qabriyel Balayan avqustun 12-də Azərbaycanla həmsərhəd Tavuş istiqamətində erməni ordusunun mühüm uğurları barədə bəyanatla çıxış edir (https://ru.armeniasputnik.am/society/20190812/20036476/Armyanskie-VS-poluchili-preimuschestvo-nad-ryadom-pozitsiy-Azerbaydzhana---Balayan.html). Lakin onlar burada da, necə deyərlər, uğursuzluğa düçar olur. Avqustun 16-da Azərbaycan Dövlət Sərhəd Xidməti DSX-nin nümayəndəsi general-mayor Elçin İbrahimovun şəxsində bu informasiyanı tamamilə təkzib edən bəyanatla çıxış edir və göstərir ki, əksinə, təmas xəttində strateji üstünlük Azərbaycan tərəfinə məxsusdur.

Təəssüf ki, bundan sonra dövlət sərhədində vəziyyət gərgin olaraq qalır. Erməni tərəfi Azərbaycan sərhədçiləri tərəfindən layiqincə dəf edilməsinə baxmayaraq, atəşkəs rejimini pozmaqda israrla davam edir, nəticədə 61 yaşlı azərbaycanlı ekskavatorçu ölümcül yaralanır və bunun cavabında Azərbaycan sərhədçiləri düşmənin bir neçə hərbi qulluqçusunu neytrallaşdırır (https://ru.armeniasputnik.am/politics/20191003/20640194/V-Tavushe-vsledstvie-strelby-VS-Azerbaydzhana-pogib-28-letniy-armyanskiy-kontraktnik.html,http://armenianreport.com/pubs/228991/, http://armenianreport.com/pubs/228983/).

Erməni tərəfin gərginliyi artırmaqda əsas məqsədinin nə olduğunu soruşsaq, bu sualın ən məntiqi cavabı belə olar ki, onlar Azərbaycan sərhədçilərini cavab tədbirləri görməyə təhrik etmək və bu fonda özlərini zərərçəkmiş tərəf kimi qələmə vermək, bundan istifadə edərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müvafiq mexanizmlərinə təsir etməyə çalışmaq istəyirlər. Təxminən 30 il bundan əvvəl belə “fəndlər” ermənilərə ciddi üstünlük gətirmişdi, lakin xoşbəxtlikdən indi zəmanə dəyişib və bütün dünya ermənilərin yalanları və  məkrliliyi barədə kifayət qədər məlumatlıdır.

Yuxarıda deyilənləri yekunlaşdıraraq, bu nəticələrə gəlmək olar: təmas xəttində gərginliyin artırılması ilə bağlı bütün halların təşəbbüskarı Ermənistan silahlı qüvvələrinin bölmələri olub. Həm mart ayında, həm də iyun ayında erməni tərəfin provokasiyaları bumeranq effekti ilə başa çatıb, yəni onların hərəkətlərinə cavab olaraq Azərbaycan sərhədçiləri həmhüdud ərazinin strateji əhəmiyyətli hissələrini öz nəzarəti altına götürüb və ermənilərin təhrikçiliyinə qarşı aparılan əks əməliyyat nəticəsində Azərbaycan sərhədçilərinin döyüş mövqeləri 1,5-1,7 kilometr irəliləyib və erməni ordusunun döyüş mövqeləri bizimkilərin tam nəzarəti altına düşüb (Bunun nəticəsində Ermənistanın neçə hektar ərazisi Azərbaycan sərhədçilərinin nəzarəti altına keçməsi barədə nəticə çıxarmağı oxuculara həvalə edirik).

Bəs bu vəziyyətdə erməni silahlı qüvvələrinin komandanlığı nə edir? Onlar özlərini hərbi avantürasına və döyüşdə məruz qaldığı itkilərə görə məsuliyyəti etiraf etmək əvəzinə “Tavuş istiqamətində ciddi hərbi-strateji uğur qazanmaları” barədə raport verir. Bu, 3-cü ordunun korpus komandiri, polkovnik Qriqori Xaçaturova (KTMT-nin sabiq baş qərargah rəisi, sabiq baş katib, hazırda istintaq altında olan Yuri Xaçaturovun oğluna) general-mayor hərbi rütbəsi verilməsi ilə, habelə Ermənistanın müxtəlif kütləvi informasiya vasitələrində Azərbaycan ilə sərhəddə guya 140 hektar ərazinin azad edilməsi barədə çoxsaylı feyk məlumatın yayılması ilə təsdiqlənir.

Lakin erməni təbliğat-təşviqat maşını bununla da kifayətlənmir. Ermənistanın xüsusi xidmət orqanlarındakı kuratorları tərəfindən istiqamətləndirilən erməni KİV-ləri, həmçinin erməni diasporu tərəfindən səxavətlə sponsorluq edilən xarici medialar (məsələn, Hollandiyanın “bellingcat.com” saytı), yenə də Göbbelsin “yalan nə qədər dəhşətli olsa, kütlə ona bir o qədər həvəslə inanır” fikrini rəhbər tutaraq Azərbaycan tərəfi guya Gürcüstan ərazisinə müdaxilə etməkdə təqsirləndirərək Gürcüstanı da bu məsələyə cəlb etməyə çalışırlar. Bu halda bir neçə məqsəd güdülür: Azərbaycan-Gürcüstan münasibətlərinə nifaq salmaq; Gürcüstanı öz ərazisindən Ermənistana qarşı istifadə edilməsi məqsədilə həmin ərazini Azərbaycana verməkdə günahlandırmaq; özlərinin Gürcüstan ərazisini tutmaq planları üçün zəmin hazırlamaq. Bunu təsdiq edən müxtəlif bəyanatlar var: əgər Gürcüstan özü tədbir görməsə, Ermənistan öz ərazisinə qarşı təhlükənin qarşısını istənilən vasitələrlə almaq hüququnu saxlayır; Ermənistanın özü tərəfindən Gürcüstan torpaqlarının tutulmasını ört-basdır etmək - bu işğal nəticəsində Gürcüstan ərazisində on minlərlə kvadratmetr ərazi, o cümlədən Gürcüstandakı Xucabi monastrı erməni silahlı dəstələrinin nəzarəti altına düşüb. Gürcüstanın “kavkazplus.com” saytı bu il 5 noyabr tarixli materialda bu barədə ətraflı yazıb (http://kavkazplus.com/news.php?id=26929#.XccFpDMzbIU).

Bu insunasiyalar fonunda iyulun 14-də Azərbaycan-Gürcüstan dövlət sərhədindəki “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində Azərbaycan sərhədçilərinə qarşı törədilmiş provokasiya yada düşür. Bu provokasiyanın təşkilatçılarının və icraçılarının niyyətinə görə o, gürcü vətəndaşları arasında çoxsaylı tələfata gətirib çıxarmalı və bununla da Azərbaycan-Gürcüstan münasibətlərini əhəmiyyətli dərəcədə mürəkkəbləşdirməli idi. Yalnız Azərbaycan sərhədçilərinin şüurlu və misilsiz təmkinli davranışı sayəsində bu mürəkkəb, süni şəraitdə yaradılmış və israrla qızışdırılan vəziyyəti idarə etmək mümkün oldu.

Böyük ehtimalla demək olar ki, Azərbaycanın Ermənistan və Gürcüstan ilə sərhədində yuxarıda göstərilən hadisələr arasında birbaşa əlaqə olub. Yetərincə əsaslandırılmış bu fərziyyəni həmin hadisələr barədə erməni mətbuatında dərc olunmuş materialların adi təhlili ilə də təsdiqləmək olar.

Proseslərin inkişafının sadə məntiqi göstərir ki, Azərbaycan-Gürcüstan münasibətlərinin pisləşməsində marağı olan yeganə region dövləti Ermənistandır. Burada onu da xatırlamaq yerinə düşər ki, Ermənistanın Azərbaycanla Gürcüstanı savaşdırmağa çalışması ilk dəfə deyil. 2017-ci il yanvarın 11-də “panarmenian.net” saytında dərc edilmiş “Azərbaycan təqribən 1000 hektar ərazini işğal edərək Gürcüstan ərazisində dayaq məntəqələri qurub” sərlövhəli material buna sübutdur (http://www.panarmenian.net/rus/news/229791/).

XXI əsrdə, hər hansı informasiyanın əlçatan olduğu şəraitdə öz məğlubiyyətini müzəffər qələbələr kimi qələmə vermək cəhdləri üstündə dayandığı budağı kəsməyə bənzəyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib