Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın demoqrafiya problemləri: Depopulyasiya və rasist siyasət

Ermənistanın demoqrafiya problemləri: Depopulyasiya və rasist siyasət

Bakı, 19 oktyabr, AZƏRTAC

Ermənistanın Cənubi Qafqazdakı onilliklərdir davam edən işğalçı siyasətinin, eləcə də Dağlıq Qarabağ bölgəsindəki son toqquşmaların arxasında məğlubiyyət amili durur.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Oruc Dursunzadənin “Ermənistanın demoqrafiya problemləri: Depopulyasiya və rasist siyasət” mövzusunda şərhini təqdim edir.

Ermənistanda demoqrafiya

Ermənistanda mövcud təhdidlərdən biri də mövcud demoqrafik problemlər və onların uzunmüddətli nəticələridir. Ermənistandakı bu dərin demoqrafik problemlərin bir sıra bariz sübutları var. Dünya Bankının təqdim etdiyi son məlumatlara görə, Ermənistanın hazırkı əhalisi 1990-cı ildən başlayaraq davamlı surətdə azalmağa doğru gedir. Ölkənin əhalisi 2,9 milyon nəfər, doğum səviyyəsi isə 1,6 milyon nəfər təşkil edir ki, bu da özünübərpa səviyyəsindən çox aşağıdır. Əhali sayı tədricən kiçilməkdədir. Bu yaxınlarda, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Ermənistandakı nümayəndəsinin köməkçisi Tsovinar Harutyunyan bildirib ki, Ermənistan artıq demoqrafik böhran həddinə çatıb və tədricən depopulyasiyaya (tükənməyə), yəni, ölüm nisbətinin doğum səviyyəsini ötə biləcəyi mərhələyə yaxınlaşır. Çünki bütün ölkə üzrə ölüm nisbəti doğum səviyyəsini aşıb (“Civilnet.am”). 

Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi Ermənistanda 1990-cı illərdə anadan olan nəslin hazırda evlilik yaşına qədəm qoymasıdır. Müvafiq olaraq, 1990-cı illərin nəsli 1980-ci illərdə anadan olanlardan 40 faiz daha azdır. Təbii ki, bu hazırda nikah sayına və doğum nisbətlərinə əhəmiyyətli dərəcədə təsir edir. Bundan başqa, 1990-cı illərin nəslinin 25 faizindən çoxu Ermənistanı tərk edib. “Miqrasiyanı unutmamalıyıq. Bir milyondan çox insan Ermənistanı tərk edib”, - deyə T.Harutyunyan bildirir.

Son təhlillər də göstərir ki, 1991-ci ilin sentyabrında müstəqillik qazandıqdan sonra Ermənistan əhalisinin sayı 1992-ci ildə özünün ən yüksək həddinə - 3,63 milyona çatıb (ondan əvvəlki ildə bu rəqəm 3,57 milyon təşkil edib). 1993-1995-ci illər arasında kəskin azalma baş verib və Ermənistan əhalisinin sayı 3,26 milyona qədər aşağı düşüb. O vaxtdan başlayaraq, əhali sayının azalması tədricən davam edib və 2020-ci ildə təxminən 2,95 milyon təşkil edib. Lakin rəsmi qeydiyyatda olan əhalinin tərkibinə ilin əksər hissəsini xaricdə yaşayan əhali də daxildir. Belə ki, Rusiyada işləyən və əsasən qış aylarında bir neçə həftəliyə Ermənistana qayıdan çoxsaylı əmək miqrantları da rəsmi əhali sayını əks etdirən statistik məlumatlara daxil edilib. Hesablamalara görə, 1991-2019-cu illər arasında Ermənistan rəsmi qeydiyyatda olmasına baxmayaraq 1,12 milyon erməni (bu əhalinin 31 faizini təşkil edir) faktiki olaraq mühacirətdə olub. Ermənistan Statistika Komitəsinin məlumatına görə, 1992-ci ildə Ermənistanda 3 milyon 633 milyon rəsmi qeydiyyatda olan əhali var idisə, 2019-cu ildə bu rəqəm 668 min nəfər azalıb. Komitə son demoqrafik məlumatlarında erməni əhalisinin 1992-ci ildən başlayaraq azalmağa başladığını, lakin 2019-cu ildə ən aşağı göstəriciyə, 2,96 milyon nəfərə çatdığını bildirir.

Ermənistanı tərk edənlərin sayı hər il daha da artır. Kütləvi mühacirət və ağır sosial-iqtisadi vəziyyət nəticəsində, ölkə əhalisinin sayı Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin başlanmasından və Azərbaycan ərazilərinin işğalından başlayaraq daha da aşağı düşür və nəticədə ölkədə iqtisadi deqradasiya baş verir.

Ermənistanda depopulyasiyaya (əhali azalmasına) səbəb olan amillər

Erməni demoqrafları demoqrafik vəziyyəti əks etdirən üç əsas sahədə ölkənin ciddi problemlərinin olduğu barədə həyəcan təbili çalırlar: doğum, miqrasiya və əhalinin yaşlanması.

Mühacirət onilliklərboyu Ermənistan üçün böyük problem olub. Doğum nisbətinin azalması ilə paralel olaraq miqrasiya səviyyəsi də artır. Statistika Komitəsinin rəsmi məlumatlarına (“Hetq.am”) əsasən, Ermənistandan miqrasiyanın getdikcə daha da artması nəticəsində məlum olub ki, müstəqillikdən sonrakı 28 il ərzində (1992-2019), Ermənistana gələnlər ilə Ermənistandan gedənlərin arasındakı say fərqi mənfi 1 milyon 120 min nəfər təşkil edir (Ermənistana gələnlər ilə Ermənistandan gedənlər arasındakı fərq). 1991-ci ilin əvvəlləri ilə müqayisədə bu, Ermənistanın de-yure əhalisinin (3 milyon 575 min) təxminən 31 faizini təşkil edir. Əmək və Sosial Məsələlər Nazirliyinin demoqrafiya şöbəsinin müdiri Artak Markosyan deyir ki, reproduktiv yaşda olan insanlar ölkəni tərk etdikləri üçün mühacirət Ermənistanda ağır izlər buraxıb.

Erməni mütəxəssislərin fikrincə, ölkədən mühacirət edənlərin əksəriyyəti işçi qüvvəsi və reproduktiv yaşda olan insanlardır ki, bu da qəti olaraq yaşlı əhalinin say nisbətinin artmasına gətirib çıxarır. 20-40 yaşlı gənclər arasında demoqrafik tarazlıq pozulur: ölkədən getmiş 60 min kişi əhali vardır. Bunun əsas səbəbi mühacirətdir. “Mərkəzi və Şərqi Avropada mühacirətin və kənd-şəhər miqrasiyasının sosial təsirləri: Ermənistan” kitabının müəllifləri Heghine Manasyan və Gevork Poghosyan Ermənistanı yaşlı cəmiyyət kimi qələmə verir və bildirirlər ki, ölkədən mühacirətin artması Ermənistan üçün çoxsaylı mənfi nəticələr, məsələn, gender tarazlığının pozulması, doğuş nisbətinin aşağı düşməsi və sair yaradıb.

1990-cı illərin əvvəllərində əhali sayında kəskin azalma əsasən aşağıdakı səbəblərlə izah oluna bilər: Sovet İttifaqının dağılması nəticəsində ölkədə iqtisadi tənəzzülün baş verməsi və Qarabağ müharibəsi (bu səbəb yalnız ölüm sayının artması ilə nəticələnməyib, eyni zamanda, icbari hərbi xidmətdən yayınmaq məqsədilə ölkədən miqrasiyanı stimullaşdırıb). Nəticə etibarilə, 1990-cı illərin ortalarında çağırışçılar silahlı qüvvələrdə ümumilikdə 18 ay xidmət etməli idi. Ali təhsil məqsədilə möhlət almış şəxslər isə 12 ay hərbi xidmət keçməli idi. Lakin potensial çağırışçıların azalması səbəbindən yuxarıdakı müddətlər 1998-ci ilə qədər, müvafiq olaraq 24 və 18 aya qədər artırılmalı oldu. Və bundan qısa müddət sonra ölkə hərbidə universal və icbari 24 aylıq xidmətə keçib. 2017-ci ilin sonlarında Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan qanuna belə bir tələb əlavə edib ki, orduya çağırışdan möhlət istəyən bütün kişi ali məktəb tələbələri daha sonra orduda 36 ay xidmət edəcəyinə dair müqavilə imzalamalı idi. Bu qanun tələbə etirazları ilə qarşılandı (“The Armenian Weekly” 2017-ci 15 noyabr) və minlərlə insanın ölkədən qaçması ilə nəticələndi.

BMT-nin Əhali Fondunun Ermənistandakı nümayəndəsinin köməkçisi T.Harutyunyan bildirib ki, 2017-ci ildə aparılan sorğuya əsasən, cütlüklər əsasən üç uşağa sahib olmaq istədiklərini, lakin sonda bir yaxud iki uşaqla kifayətləndiklərini bildirib. Dünya Bankının məlumatına görə, 2019-cu ildə Ermənistanda doğuş nisbəti hər qadına 1,6 doğuş təşkil edib. Bundan başqa, Ermənistandakı gənc kişilər və qadınlar evlənmək və ailələri üçün məsuliyyət daşımaqda özlərinə inamsızdırlar - bu isə belə bir faktı ortaya çıxarır ki, ölkədə depopulyasiyanın arxasında dayanan digər amil mühacirətlə yanaşı, sadəcə insanların üçüncü və ya dördüncü uşaq haqqında fikirləşməmələri deyil, eyni zamanda, ailə qurmağa marağın olmamasıdır. Bunun arxasında dayanan əsas səbəb Ermənistanda çətin sosial-iqtisadi vəziyyətin hökm sürməsidir.

Bu gün Ermənistan sosial cəhətdən həssas ölkədir. Əhalinin yaşayış səviyyəsi, sosial rifah, inkişaf səviyyəsi və bir çox digər göstəricilər buna uyğun olaraq özünü göstərir. Statistik məlumatları təhlil etdikdə məlum olur ki, ölkədə minimum əməkhaqqı və orta aylıq əməkhaqqı bölgədə ən aşağı göstəriciyə malikdir. Ermənistanda yoxsulluğun geniş yayılması da sirr deyil - BMT-nin Davamlı İnkişaf Məqsədləri İndeksinə görə, Ermənistanda gündəlik gəliri 1,9 dollardan az olan insanların sayı 0,7 faiz, gündəlik gəliri 3,2 dollardan az olan insanların sayı isə 6,5 faiz təşkil edir. Gənclər arasında işsizlik nisbəti yüksəkdir və buna görə də evlənmək istəyənlərin sayı da aşağıdır. Ölkədən getmiş mühacirlər arasında çoxu vətənlərinə dönəcəklərinə şübhə edirlər.

“Ermənistanda yeni iş yerlərinin açılması məsələsi hələ də problemli olaraq qalır. İrəvanı qarşıda çətin bir yol gözləyir ”, - deyə İrəvanda yerləşən Siyasət Araşdırmaları Mərkəzinin həmtəsisçisi və vitse-prezidenti və Avrasiya Demokratik Təhlükəsizlik Şəbəkəsinin əməkdaşı Armen Qriqoryan bildirir.

Bundan əlavə, on illərdir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi işğalçılıq siyasətinin ölkənin milli təhlükəsizliyinə əsas təhdid olduğunu, eləcə də Ermənistandakı demoqrafik böhranının əsas səbəblərini qəbul edə bilməyib. Bu, son olaraq özünü, pandemiyaya səbəbindən yaranan böhrana baxmayaraq, sentyabrın 27-də də büruzə verib. Ermənistanın hərbi qüvvələri beynəlxalq hüququ pozaraq işğal coğrafiyasını genişləndirmək məqsədilə Azərbaycana qarşı geniş miqyaslı hücuma keçib. Ermənistanda yoxsul insanların sayının artması, eləcə də işğalçılıq siyasəti və böhranlı iqtisadiyyat şəraitində çox az insanın uşaq sahibi olması təəccüblü deyil.

Hökumətin demoqrafik böhrandan çıxmaq cəhdləri

Erməni demoqrafları həyəcan təbili çaldıqdan sonra hökumət reaksiya göstərmək məcburiyyətində qaldı. Zamanla ölkədə depopulyasiya probleminin həlli ümidi ilə müxtəlif planlar işlənib hazırlanıb. Bu planlardan biri də “möhtəşəm repatriasiya” planı, o cümlədən etnik ermənilərin “ənənəvi” diasporlardan immiqrasiyası idi. İmmiqrasiyanı stimullaşdırmaq üçün digər xüsusi yanaşma ardıcıl olaraq bir neçə Ermənistan hökuməti tərəfindən geri qayıdan gənc miqrantların orduya getdiyi təqdirdə cinayət məsuliyyətindən azad edilməsini, eləcə də 27 yaşından yuxarı olan şəxslərin 2020-ci il yanvarın 1-nə qədər bir neçə min ABŞ dolları məbləğində azadolma haqqını ödədikdə hərbi xidmətdən azad edilməsini nəzərdən tutan qanunların qəbulu idi (“Azatutyun.am”). Lakin uzadılma ilə bağlı yeni qanun qəbul edilməyib, bu səbəbdən də yuxarıda göstərilən qanunun qüvvəsinin bitməsindən sonra, sözügedən prosedur heç kəsə cinayət məsuliyyətindən azad olmağa imkan verməyib.

Ziyanlı tendensiyaları aradan qaldırmaq məqsədilə depopulyasiyanın qarşısının alınmasına yönəlik görülən əlavə tədbirlər daha iri ailələrin, eləcə də ölkəni son vaxtlar tərk edən şəxslərin geri qayıdışının təşviqindən ibarət idi. Ermənistan digər ölkələrdən, məsələn Suriyadan böyük erməni axınının dəyişiklik yaradacağını düşünürdü. Lakin Ermənistan hökumətinin həmin insanları daha çox Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməyə çalışması açıq-aşkar heç bir nəticə vermədi və Ermənistanın bu hərəkəti - o cümlədən Suriya ermənilərinin işğal olunan Dağlıq Qarabağ və ətraf 7 rayonda yerləşdirilməsi - Cenevrə Konvensiyasının əsas qaydalarının açıq şəkildə pozulduğuna görə beynəlxalq ictimaiyyət tərəfindən qınanıldı. Azərbaycan tərəfi Ermənistanın bu əməllərinə yüksək səslə etiraz etdi. Bu ailələrin əksəriyyətinin terror qruplaşmalarının üzvü olduğu hesab olunur.

Ermənistanın baş Naziri Nikol Paşinyanın Repatriasiya proqramı Ermənistan Diasporası tərəfindən formalaşdırılan boşluğu doldurmaq məqsədilə tətbiq olunub. Proqram diaspora ermənilərinə yerli sakinlərlə müqayisədə çoxlu üstünlüklər verirdi. Ancaq mütəxəssislər bir sıra faydalarının olmasına rəğmən proqramın mümkünlüyünə şübhə edirlər. Bundan başqa, vətəndaşlar əhalisinin 50 faizədək hissəsinin yoxsulluq vəziyyətində olan ölkənin gələnlərə yerli əhalinin heç arzulamaq iqtidarında olmadığı imtiyazları verməsini başa düşə bilmirdilər. Eyni zamanda, dünyanın müxtəlif ölkələrində olan erməni diaspora birlikləri Ermənistana repatriasiyaya, həmçinin valideynlərinin yaşadıqları ölkə ilə yaxın əlaqələrə heç bir zəmanət vermir.

Ermənistan hakimiyyət orqanlarının nə dərəcədə irqçi olduğunu da qeyd etmək düzgün olardı. Statistikaya əsasən, Ermənistan əhalisinin təxminən 99 faizi etnik ermənilərdən ibarətdir. Ölkə əhalisinin yalnız çox az faizi yezidi kürdləri, ruslar, ukraynalılar, assuriyalılar və başqalarıdır ki, onların da əksəriyyəti etnik ermənilərin həyat yoldaşlarıdır. Müqayisə üçün, bölgənin bütün digər ölkələrində müxtəlif etnik qruplar, ermənilər də daxil olmaqla, birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Azərbaycan tərəfinin verdiyi məlumata əsasən, hazırda işğal altında olan Dağlıq Qarabağ və ətraf 7 rayondan kənarda, Bakıda və ölkənin digər bölgələrində 35 mindən çox erməni yaşayır və onlar bu ölkənin bütün hüquqlarına malik vətəndaşlarıdır. Göründüyü kimi onlardan heç biri Ermənistana qayıtmaq niyyətində deyil. Bütün bunlar Ermənistan hökumətinin irqçi siyasətinin təcili sorğulanmasının vacibliyini ortaya qoyur. Müqayisə üçün deyək ki, Ermənistanda və işğal olunmuş ətraf 7 rayonla birlikdə Dağlıq Qarabağda yaşayan azərbaycanlıların sayı sıfırdır. Həmin ərazilər erməni hərbi qüvvələrinin etnik təmizlənmə siyasətinin qurbanı olub. Bildirilir ki, etnik mənsubiyyəti fərqli olan xalqların nümayəndələri Ermənistan daxilində rahat yaşamaqda çətinlik çəkirlər. Onların mübarizə apardığı və sonda ölkəni tərk etməyə məcbur qaldıqları bildirilir. Göründüyü kimi, digər ölkələrdə anadan olan ermənilər də Ermənistanda irqçiliklə üzləşirlər.

Baş nazir N.Paşinyan demoqrafik vəziyyətin yaxşılaşdırılmasına yönəlik 4 proqram işləyib hazırlayaraq Demoqrafik İnkişaf Şurasının və Əmək və Sosial İşlər Nazirliyinin yaradılmasına çağırış edib. Lakin qarşıdan gələn onilliklər ərzində hər hansı müsbət nəticənin əldə olunmasını gözləmək çətindir (depopulyasiyanın qarşısının alınmasından danışmağa heç dəyməz). Müstəqilliyin ilk 30 ili və on illərlə davam edən Dağlıq Qarabağ münaqişəsi o qədər dərin və davamlı bir demoqrafik böhran yaradıb ki, bu gün bu vəziyyətin düzəldilməsi məqsədilə nəyinsə edilməsinin mümkün olub-olmadığı bəlli deyil. Ermənistanın milli təhlükəsizlik problemləri o qədər ciddidir ki, onlar yaxın 30 il ərzində ölkənin fəaliyyət qabiliyyətini təhlükə altına qoya bilər. Mühacirətin getdikcə daha da artması, on illərlə hər hansı demoqrafik strategiyanın olmaması, avantürist rəhbərlik, populist təbliğat və insanların ölkənin iqtisadi vəziyyəti ilə bağlı narahatlıqlar və sair kimi məsələləri nəzərə aldıqda erməni mütəxəssislərin Ermənistanın bundan bir neçə onillikdən sonra mövcudluğunun təhlükə altında olması ilə bağlı həyəcan siqnalı ilə razılaşmaq tam ədalətli olardı. Vəziyyətin belə olmasına görə Ermənistan hökuməti məsuliyyət daşıyır. Əks təqdirdə, depopulyasiya nəticəsində Ermənistan ermənilərsiz qalacaq.

İnsan - siyasət üçün sipər və demoqrafik böhranın nəticələri

Ermənistandakı demoqrafik böhran artıq öz gələcək nəticələrini göstərməyə başlayıb. Aydın məsələdir ki, bu böhran erməni dövlətçiliyi üçün dəhşətli olacaq. Demoqrafik böhran qaçılmaz faktordur və həmçinin Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətinə də təsir göstərir. Ermənistandakı demoqrafik və sosial böhran əsgərlərin döyüş hazırlığı səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Dağlıq Qarabağ münaqişəsinin əvvəlindən indiyə kimi bütöv bir nəsil ötsə də, biz görürük ki, Ermənistan hərbi qüvvələri üçün çağırışlarda kəskin azalma vardır. Hazırda ermənilərin işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda gedən döyüşlər ordunun psixologiyasında ağır iz buraxıb və bununla da əsgərləri ruhdan salmışdır. Diaspora ermənilərinə gəlincə, onlar üçün uzaqdan vətənpərvərlik etmək daha asandır. Eynilə öz xalqını başqa ölkənin əraziləri üçün insan sipəri yaratmaq məqsədilə döyüşə cəlb etmək erməni hökuməti üçün asandır. Ermənistan hökuməti on illərdir ki, bu ideologiyanı möhkəmləndirməyə çalışır. Halbuki vicdanlı insanlar gerçəyi görə biləcək qədər uzaqgörəndirlər və onlar Ermənistanı və erməni xalqını qorumaq üçün ölümə hazır olsalar da, başqasının ərazilərində ölmək istəmirlər.

Lakin Ermənistan hökuməti qəsdən xalqını dalana sürükləyir və bununla da öz hakimiyyətinin ömrünü bir qədər də uzatmaq istəyir. Ermənistanın baş naziri öz radikal əməllərinə haqq qazandırmaq üçün əlacsızca bütün növ həssas, etnik və qeyri-sağlam vətənpərvərlik çağırışlarından istifadə edir və öz millətini bilə-bilə ölümə sürükləyərək öz nüfuzuna görə erməni xalqını sipər kimi istifadə edir, bununla da öz hərbi-siyasi rejimi ilə müharibə cinayəti törədir. Erməni baş nazir kişilərin ölkəni tərk etməsini qadağan etmək cəsarəti göstərir və bununla da heç kəsin hakimiyyətin insan sipərindən qaçmasına imkan vermir. Ermənistandakı müəssisələr və sənaye sahələri artıq normal fəaliyyət göstərə bilmək üçün insan resursları çatışmazlığı ilə üzləşib. Hərbi əməliyyatlardan başqa, Ermənistan hökumətinin iqtisadi nəticələri düşünüb-düşünmədiyini söyləmək çox çətindir. Resurslara gəldikdə, hökumət bilir ki, üçüncü şəxslərin müdaxiləsi olmadan - reallıq belə tələb edir ki, - hökumət beynəlxalq hüquqa qarşı müharibə apara bilməz.

Hökumətin öz millətinin təhlükəsizlik maraqlarının əksinə hərəkət etməsi erməni xalqını məcbur edir ki, mövcud hadisələr fonunda vəziyyəti - əslində kim və nə onun təhlükəsizliyi üçün təhdiddir - nəzərdən keçirsin.

On illərdir hərbi rəhbərlərin idarə etdiyi Ermənistan əsasən işğalçılıq siyasətinə görə istər iqtisadi, istərsə də demoqrafik baxımdan böyük itkilər verib. Bütün bunlar erməni xalqını potensial inkişafdan, çiçəklənmədən və bölgənin indiyə qədər təqdim etdiyi bütün üstünlük və imtiyazlardan məhrum edib. Sonda isə Ermənistanın regiondakı qlobal layihələrdən kənarlaşdırılması ilə nəticələndi. Ermənistanın strateji coğrafiyada olmasına baxmayaraq, mövcud idarəçilik milyardlarla dollar dəyərində layihələrin ölkədən kənarda reallaşmasına səbəb oldu.

Rusiyalı ekspert Yevgeny Mikhailov hesab edir ki, Ermənistan yalnız uzaqgörməyən siyasətə görə, eləcə də bütün qonşuları qarşısında təcavüzkar və işğalçı status qazandığından depopulyasiya kimi fəlakətlə üzləşməkdədir: "Nə qədər istehzalı olsa da... İrəvan soyqırımın tanınması üçün fəryad edir, lakin, eyni zamanda, ermənilər işləməyə və oxumağa Türkiyəyə gedirlər. Qonşulara qarşı nifrət hisslərinin gücləndirilməsi o qədər də nəticə vermədi. Adi ermənilər hər şeyi başa düşür və özləri üçün rəsmi siyasətin əksinə nəticələr çıxarırlar”.

Ermənistanda əhalinin növbəti siyahıyaalınması 2020-ci ilin oktyabrında keçiriləcək. Hazırkı demoqrafik göstəricilər fonunda və Ermənistanın Azərbaycan əraziləri daxilində apardığı şiddətli mübarizənin gedişində, ölkənin demoqrafik siyasətində müsbət dəyişikliklərin olacağına ümid etmək olduqca çətindir.

Müasir dünyanın geosiyasi reallığı diktə edir ki, Ermənistanın sosial-iqtisadi inkişafında müsbət meyllərin olmasının yeganə yolu regional sülhün təmin olunmasıdır. Bu vəziyyətdə regional sülhə yalnız erməni hərbi qüvvələrinin Azərbaycandan çıxarılması və regionda davamlı yaxşı münasibətlərin qurulması ilə nail olmaq mümkündür. Bəlkə də yalnız o zaman Ermənistan hökuməti və qurumlarının depopulyasiya böhranını aradan qaldırmaq və sosial-iqtisadi rifahı yaxşılaşdırmaq cəhdləri özünü ölkənin demoqrafik göstəricilərində təsirli şəkildə əks etdirməyə başlayacaq, həm Ermənistana, həm də regiona fayda gətirəcək. İstənilən halda, Ermənistan hökuməti və erməni xalqının düzgün seçim etməsi baxımından çox kritik dövrdür. Müasir dövrdə ikinci şans heç də tez-tez yaranmır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib