ERMİTAJDAN OĞURLUQ İŞİ İLƏ BAĞLI ÜÇÜNCÜ ŞÜBHƏLİ ŞƏXS SAXLANILMIŞDIR
“İnterfaks” agentliyinin məlumatına görə, şübhəli şəxs Ermitajın mühafizi Larisa Zavodskayanın oğludur. İtmiş eksponatlar L.Zavodskayanın nəzarəti altında idi. Zavodskaya 2005-ci ilin əvvəlində vəfat etmişdir. Onun iş yerində ölümünü muzey fondlarının yoxlanması işlərinin başlanması ilə bağlayırlar. 25 yaşlı Nikolay Zavodski bir müddət Ermitajda işləmiş, lakin iki il öncə muzeydən çıxıb getmişdir.
Bundan əvvəl itmiş muzey sərvətləri haqqında işlə bağlı Zavodskayanın əri və şəxsı kolleksiyaçılardan biri tutulmuşdular.
Ermitajın rəhbərliyi 2006-cı il iyulun sonlarında Rus şöbəsindən 221 eksponatın itməsi haqqında məlumat vermişdi. Oğurlanmış eksponatların təxmini qiyməti 130 milyon rubldur. Ermitajda eksponatların itməsi faktı üzrə cinayət işi qaldırılmışdır. Oğurluğu təhqiq etmək üçün RF Baş prokurorluğu xüsusi əməliyyat-istintaq qrupu yaratmışdır.
Oğurlanmış eksponatların bir hissəsini tapmaq mümkün olmuşdur. Onların arasında anonim telefon zəngindən sonra zibil qutusunda tapılmış “Bütün müqəddəslərin Baş kilsəsi” ikonası və “Ortodoks Antik” antikvar salonunun qaytardığı eksponat da vardır.