ESTONİYA PREZİDENTİ TOOMAS HENDRİK İLVESİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
Bakı, 12 yanvar (AZƏRTAC). Yanvarın 12-də Estoniya Prezidenti Toomas Hendrik İlves Azərbaycana rəsmi səfərə gəlmişdir.
Azərbaycan və Estoniyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Estoniya dövlətinin başçısını Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar Estoniya Prezidentinə və xanımına gül dəstələri təqdim etdilər.
Hava limanının ali qonaqlar üçün salonunda Prezident Toomas Hendrik İlves və Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol görüşü oldu.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB
- 15.10.2026 [16:12]
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
- 14.10.2026 [22:02]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [21:38]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
- 14.10.2026 [19:08]