ESTONİYA PREZİDENTİ TOOMAS HENDRİK İLVESİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
RƏSMİ QARŞILANMA MƏRASİMİ
Bakı, 13 yanvar (AZƏRTAC). Azərbaycanda rəsmi səfərdə olan Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlvesin rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Estoniya Prezidenti Toomas Hendrik İlvesi və xanımı Evelin İlvesi səmimiyyətlə qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Estoniya Prezidentinə raport verdi.
Estoniyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Estoniya Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Toomas Hendrik İlvesə, Estoniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |





