Azərbaycan Dövlət İnformasiya Agentliyi

ESTONİYA PREZİDENTİ TOOMAS HENDRİK İLVESİN İCTİMAİ TELEVİZİYAYA MÜSAHİBƏSİ

ESTONİYA PREZİDENTİ TOOMAS HENDRİK İLVESİN İCTİMAİ TELEVİZİYAYA MÜSAHİBƏSİ

Bakı, 14 yanvar (AZƏRTAC). Xəbər verildiyi kimi, yanvarın 13-də Estoniya Prezidenti Toomas Hendrik İlves İctimai televiziyaya müsahibə vermişdir.

-Axşamınız xeyir, cənab Prezident!

Proqramımıza xoş gəlmisiniz. Vaxt ayırıb İctimai televiziyaya məxsusi müsahibə verdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk. Sizə ilk sualımız iki ölkə arasındakı münasibətlər barədə olacaq. İkitərəfli münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-Münasibətlərimiz çox yaxşıdır, bizim dostluq münasibətlərimiz var. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Birinci səfərimi xarici işlər naziri kimi 2000-ci ildə etmişəm. Bir daha deyim ki, münasibətlərimiz yaxşıdır. Amma biz daha intensiv şəkildə çox işlər görməliyik. İqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün mənimlə özəl sektoru təmsil edən 30 nəfər gəlibdir. Siyasi baxımdan isə Estoniya lap əvvəldən Azərbaycanı güclü şəkildə dəstəkləyən ölkə olubdur.

Xatırladım ki, 1995, 1996, 1997-ci illərdə də biz Azərbaycanı Avropa Şurasına qəbul olunması üçün dəstəkləmişik. Münasibətlərimiz yaxın olub, amma bir daha deyim ki, siyasi və ticarət əlaqələrimizin genişləndirilməsi üçün daha çox işlər görməliyik.

-Estoniya Avropa İttifaqının üzvüdür, eyni zamanda, Azərbaycan da yeni qonşuluq siyasətində fəal iştirak edir. Ölkələrimiz arasındakı münasibətlər Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsinə nə kimi töhfə verə bilər?

-Mən istərdim ki, Avropa İttifaqının qonşuluq siyasəti indikindən daha güclü olsun. Şəxsən mən özüm və Estoniya Avropa qonşuluq siyasətinin təkmilləşdirilməsinə cəlb olunmuşuq. Səmimi olaraq onu da deyim ki, həyata keçirilən Avropa qonşuluq siyasətinin səviyyəsi ilə razı deyilik. Biz fikirləşirik ki, daha çox işlər görülməlidir. Biz həmçinin Azərbaycanın bu prosesdə daha yaxından iştirakında çox maraqlıyıq. Bu barədə bu gün Prezident İlham Əliyevlə də müzakirələr apardıq ki, daha nə edə bilərik? İnanırıq ki, Avropa xarici siyasətində bizə daha çox diqqət ayıracaqdır. Bu, bizim üçün də önəmlidir. Bu mənada Azərbaycan vacib ölkədir. Avropanın hazırkı enerji durumuna nəzər saldıqda, Azərbaycanın vacibliyini görməmək mümkün deyildir.

-Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Ölkəmizin ərazi bütövlüyü dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən tanınıbdır. Ermənistan isə beynəlxalq hüquqa nə əməl, nə də hörmət edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Estoniyanın mövqeyi yəqin ki, indi bizə baxan tamaşaçıları ən çox düşündürən sualın cavabı olardı.

-Estoniya hər zaman ölkələrin ərazi bütövlüyünə hörmət edibdir. Müharibə məqsədə nail olmaq üçün vasitə deyildir. Ötən ilin avqustunda baş verən hadisələr də göstərdi ki, ərazi bütövlüyünə güc yolu ilə müdaxilə necə də təhlükəlidir. Mən Azərbaycanın İctimai televiziyasına müsahibə verdiyim üçün belə demirəm. Həqiqətən də, ərazi bütövlüyünün pozulması yalnız həmin ölkənin deyil, bütün ölkələrin problemidir. Dağlıq Qarabağ tək sizin yox, hamımızın problemidir.

İstər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, istərsə də digər münaqişələr tezliklə danışıqlar yolu ilə həllini tapmalıdır. Əks təqdirdə, bütün dünyanı müharibələr bürüyər. Bir daha bildirmək istəyirəm ki, Estoniya dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipini qəti şəkildə dəstəkləyir.

- Humanitar sahədə əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensial var, Siz bu fikirlə razısınızmı?

-Bunun üçün həqiqətən də güclü baza mövcuddur. Estoniyada 2 mindən çox azərbaycanlı yaşayır. Amma təəssüf ki, Azərbaycanda o qədər də çox eston yaşamır. Bu 2 min nəfər də Azərbaycan mədəniyyət mərkəzində çox fəal iştirak edir. Bu yaxınlarda biz estonca-azərbaycanca lüğətin nəşrinin şahidi olduq. Yəni, ünsiyyət qurmaq üçün artıq lüğətimiz də var. Amma gördüyünüz kimi, biz artıq ingilis dilində rahat söhbət edirik. Bununla yanaşı, humanitar və mədəni sahələrdə də bir çox işlər görülməlidir. Bütün bunları iqtisadi sahəyə də aid etmək olar.

- Estoniyadakı Azərbaycan diasporu ölkənizin ictimai həyatında və digər sahələrdə fəal iştirak edir. İkitərəfli münasibətlərin genişlənməsində, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında diasporun rolunu necə qiymətləndirirsiniz?

-Düşünürəm ki, bu sahədə xeyli iş görülə bilər. Əlaqələrin qurulmasında diasporun böyük rolu var. Mənimlə gələn 30 nəfər özəl sektor nümayəndəsi sadə estoniyalılardır və onlar iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdırlar. Mədəniyyət sahəsində isə daha çox imkanlar var. Hər iki dildə danışan insanlar bu işdə daha böyük rol oynaya bilərlər. Biz Estoniyada yaşayan azərbaycanlılarla fəxr edirik. Onlar həm də ölkənin siyasi həyatında fəaldırlar. Azərbaycanlı Eldar Əfəndiyev parlamentin üzvüdür. Bu, bizim ölkə üçün çox normaldır və insanları bu cür fəaliyyətə həvəsləndiririk.

Hazırkı böhran göstərir ki, enerji, təbii qaz mənbəyindən asılılıq Avropa üçün ziyanlıdır. Ümid edirəm ki, bu, bizim üçün bir siqnal olacaq ki, Azərbaycanın əsas iştirakçı sayıldığı Nabukko layihəsinə, Cənub dəhlizinə daha ciddi yanaşaq.

- Avropa enerji təhlükəsizliyinin təmin olunması məsələsində Azərbaycanın potensialına böyük önəm verir. Bu barədə nə deyə bilərsiniz?

-Mən enerji mənbələrinin şaxələndirilməsi barədə Avropada bir neçə dəfə danışıqlar aparmışam. Ümid edirəm ki, gələcək illərdə Nabukko layihəsinə daha çox diqqət yetiriləcəkdir. Mən düşünürəm ki, buna nail olacağıq. Hətta deyərdim ki, bir qədər gecikmişik. Ötən bir neçə həftə də növbəti bir siqnal olubdur. Avropadakı bu problem ona bənzəyir ki, sizi səhər yuxudan ayıldacaq zəngi hər dəfə bir az sonraya dəyişirsiniz. 5-10 dəqiqədən sonra yenidən zəng çalınır və siz yenidən oyanırsınız. Biz də bu cür yeni siqnal gözləməməliyik. Estoniya bu məsələyə digər ölkələrdən daha ayıq yanaşır. Biz Avropa İttifaqı ilə bu məsələyə dair bağlı müzakirələri davam etdirəcəyik.

- Cənab Prezident, biz enerji sahəsi barədə danışdıq. Bizim üçün o da maraqlıdır ki, Estoniya Azərbaycanla konkret hansı sahələrdə iqtisadi əlaqələrin inkişaf etdirilməsini istərdi?

- Sonuncu olmayacaq bu səfərimdə, nümayəndə heyəti, əsasən, informasiya texnologiyaları sektorunu təmsil edir. Bu sahə bizim inkişafımızın göstəricisidir. Çünki Estoniya təbii resurslarla zəngin deyildir. Yəni, Allah tərəfindən verilən neft və qazımız, başqa təbii sərvətlərimiz yoxdur. Ona görə də biz informasiya texnologiyaları sahəsinə arxalanmalıyıq. Məncə, Azərbaycanda çox az adam bilir ki, Skayp internet telefonu Estoniyanın məhsuludur. Nümayəndə heyətində də bu sahənin təmsilçiləri var. Bizim Azərbaycanla rabitə və digər sahələrdə birgə işləməklə bağlı çoxlu ideyalarımız var. Məncə, bütün bunlar ölkəni daha da müasirləşdirməyə və şəffaflığı artırmağa kömək edəcəkdir.

- Cənab Prezident, vaxt tapıb bizim proqramımıza qatıldığınıza görə Sizə bir daha təşəkkürümüzü bildiririk.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO