ESTONİYADA AZƏRBAYCAN DİLİNƏ MARAQ ARTIR
AZƏRTAC xəbər verir ki, Estoniyada azərbaycanlılar üçün yaradılmış bazar günü məktəbinə ölkədə yaşayan digər millətlərin nümayəndələri də maraq göstərirlər. Burada Azərbaycan dilini öyrənmək istəyən estonların sayı gündən-günə artır. Tədris ocağında fəaliyyəti təkmilləşdirmək üçün orada çalışan müəllimlərə Estoniya İnteqrasiya və Azərbaycan Təhsil nazirliklərinin xətti ilə hər il kurs keçirilir.
Qeyd edək ki, Estoniyada sayı 2 mini ötən azərbaycanlılar artıq təşkilatlanmışlar. Milli bayramlarımız artıq icma çərçivəsində deyil, ölkə parlamenti və şəhər meriyası səviyyəsində qeyd olunur. Soydaşlarımız Qafqaz xalqlarının milli ənənələri festivalında da layiqincə iştirak edirlər. Estoniya çempionu olan idmançılarımız da vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]