Əvvəlcə üstünə ilan düşdü, sonra şahin hücuma keçdi
Bakı, 9 avqust, AZƏRTAC
ABŞ-ın Texas ştatında ot biçən zaman qadın qəfildən qoluna dolanmış ilanla onu tutmağa çalışan şahinin mübarizəsi arasında qalıb.
AZƏRTAC xəbər verir ki, ABŞ-da 64 yaşlı Peqqi Cons öz bağında qazon biçən zaman nadir hadisənin şahidi olub.
Consun üzərinə düşən ilan qəfildən onun qoluna ilişib. Bu vaxt bir şahin ilanı tutmaq üçün hərəkətlər edib və caynaqları ilə qadını yaralayıb. Şahin ilanı aparan zaman qolunda və üzündə kəsiklər, deşiklər yaranan qadın xəstəxanada edilən müdaxilədən sonra evə buraxılıb.
İlanın həmin şahinin və ya başqa bir quşun dimdiyindən düşdüyü təxmin edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]