“Fənərbağça” Kərəm Aktürkoğlunun keçidini həll edib
Bakı, 29 avqust, AZƏRTAC
"Fənərbağça" Türkiyə millisinin və Portuqaliyanın "Benfika" klubunun futbolçusu Kərəm Aktürkoğlunun keçidini həll edib.
AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçinin transferi üçün Lissabon klubu ilə anlaşıb. “Fənərbağça” Aktürkoğluna görə qarşı tərəfə ümumilikdə 25 milyon avro təzminat ödəyəcək.
İddiaya görə, futbolçu artıq “Benfika”dakı komanda yoldaşları ilə vidalaşıb. Onun yaxın vaxtlarda İstanbula gələcəyi gözlənilir.
Qeyd edək ki, Kərəm Aktürkoğlu “Benfika”ya 2024-cü ilin sentyabr ayında “Qalatasaray”dan keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]