Fərhad Əyyubov: Azərbaycanda bizim kimi potensiallı gənclər var
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Ordu sıralarından tərxis olunduqdan sonra bu idman növü ilə tanış oldum. Şadam ki, belə bir idman növü var və biz burada idmanın inkişafı üçün əlimizdən gələni edirik. İlk növbədə mən ANAMA və AFFA-ya minnətdarlıq bildirirəm ki, belə böyük tədbiri bizim üçün təşkil edib.
Bunu AZƏRTAC-a açıqlamasında ehtiyatda olan kapitan, Azərbaycanın amputant komandasının üzvü Fərhad Əyyubov söyləyib.
“Burada Azərbaycan futbolunu təbliğ edirik. Eləcə də bizim kimi amputant olanlar bu idmana cəlb olunurlar. Qeyd edim ki, Azərbaycanda bizim kimi potensiallı gənclər var. Sadəcə bunu genişmiqyaslı təbliğ etmək lazımdır. Bizim kimi qaziləri buraya cəlb edib onların da mənəvi-psixoloji vəziyyətini yaxşılaşdıraraq bu futbolu da inkişaf etdirməkdir. Mənim uşaqlıqdan futbola həvəsim olub. Hazırda biz Azərbaycan futbolunu tam peşəkar formada inkişaf etdirərək davamını gətirməliyik. Ən böyük planımız amputant futbolu inkişaf etdirib, gənclərimizi buraya cəlb etməkdir. Eyni zamanda, bizi qarşıda yarışlar gözləyir. Ən böyük arzumuz bu idman növünü Azərbaycanda inkişaf etdirmək və beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil etdirməkdir, - deyə Fərhad Əyyubov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]