Fərid Qayıbov: Minifutbol millimizin əldə edəcəyi uğurlu nəticə Azərbaycan xalqının qələbəsi olacaq
Bakı, 15 may, AZƏRTAC
Azərbaycanda minifutbol ildən-ilə inkişaf edir. Avropa çempionluğundan sonra bu idman növü ölkəmizdə daha da məşhurlaşdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakının ev sahibliyi edəcəyi dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda təşkil olunan "Fan Zona"da jurnalistlərə açıqlamasında deyib.
O, milli komandanın doğma azarkeşlər önündə çıxış etməsinin məsuliyyətli iş olduğunu bildirib: "İnanıram ki, uğurlu nəticə əldə edəcəyik. Fürsətdən istifadə edib, azarkeşlərimizi də mundialın təşkil olunacağı Milli Gimnastika Arenasına dəvət edirəm. Əldə edəcəyimiz uğurlu nəticə Azərbaycan xalqının qələbəsi olacaq".
Nazir dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda təşkil olunan "fan zona" barədə də danışıb: "Bura gələn insanlar idmanla daha dərindən maraqlanmaq şansı əldə edirlər. Asudə vaxtın səmərəli keçməsi üçün hər şey ideal səviyyədə təşkil olunub".
Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]