Finlandiyalı səyyah: İşğaldan azad olunan ərazilərdə hər bir şəraitin yaradılacağına inanıram VİDEO
Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycanın Qarabağ bölgəsinin çox gözəl mənzərəsi var. Ölkənizin, ümumiyyətlə, gözəl təbiəti var.
AZƏRTAC xəbər verir ki, bunu finlandiyalı səyyah Kari Matti Valtari bildirib.
“İşğaldan azad olunan ərazilərdə mina problemi var. Biz minatəmizləmə əməliyyatlarını da izlədik. Bu ərazilərin qısa müddət ərzində minalardan təmizlənəcəyinə, insanların bu səfalı yerlərə rahat ziyarət edə biləcəyinə və onlar üçün hər bir şəraitin yaradılacağına inanıram”, -deyə Kari Matti Valtari qeyd edib.