Floridada binanın çökməsi nəticəsində itkin düşənlərin ailələri Baydenlə görüşmək istəməyib
Bakı, 2 iyul, AZƏRTAC
Florida ştatının Serfsayd şəhərində çoxmərtəbəli yaşayış binasının çökməsi nəticəsində itkin düşən bəzi insanların ailələri ABŞ Prezidenti Cozef Baydenlə görüşməkdən imtina edib.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, Cozef Bayden və həyat yoldaşı Cill iyulun 1-də Serfsayd şəhərinə səfər ediblər. Onlar şəhərdə baş verən faciə nəticəsində itkin düşənlərin qohumları və axtarış əməliyyatlarında iştirak edən xilasedicilərlə görüşüblər. Lakin itkin düşən bəzi insanların ailələri ABŞ Prezidenti ilə görüşmək istəməyib. Ağ evin mətbuat xidmətinin məlumatına görə, üç saata yaxın davam edən görüşdə ümumilikdə 200-ə yaxın insan iştirak edib.
Qeyd edək ki, iyunun 24-nə keçən gecə Florida ştatının Mayami-Deyd dairəsində yerləşən Serfsayd şəhərində çoxmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb. Son məlumata görə, hadisə nəticəsində 18 nəfər həlak olub, 145 nəfər isə itkin düşmüş hesab olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]