“Formula-1” yarışlarının sahibləri virtual çempionatın keçirilməsi barədə elan veriblər
Bakı, 22 avqust, AZƏRTAC
Nüfuzlu “Formula-1” yarışlarının yeni sahibləri “Formula-1 Esports Series” adlı yeni turnirin başlanması barədə elan veriblər. Yarışın məqsədi planetin ən yaxşı virtual yürüşçüsünü müəyyən etməkdir.
AZƏRTAC “F1News.ru” saytına istinadla xəbər verir ki, çempionat iştirakçıları sentyabrın 4-dən yeni “Codemasters F1 2017” oyununda xal toplamalıdırlar. Avqustun 25-dən satışa çıxarılacaq bu oyun “Xbox Live”, “PlayStation Network” və ya “Steam” servislərinin oyun akkauntuna qoşulacaq.
Oktyabrın 10-da Londonda qırx ən yaxşı yürüşçünün keçirəcəyi yarımfinalda 20 finalçı müəyyənləşəcək. Final isə Abu-Dabidə “Formula-1” mövsümünün son mərhələsi zamanı keçiriləcək. İki gün ərzində “Formula-1 Esports Series” turnirinin ilk mövsümünün qalibi müəyyən ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]