Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları, BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Aleks Haykens, müsabiqənin qalibləri seçilmiş uşaqlar, o cümlədən Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzi və Muzey ilə tanışlıqdan sonra “Heydər Əliyev İli”nə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin seçilmiş işlərindən təşkil edilmiş sərgiyə baxış olub.

Sərgi ilə tanışlıqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu xatırladaraq, dahi rəhbərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə böyük ehtiramın bariz ifadəsi olan bu Sərəncamın böyük rəğbətlə qarşılandığını qeyd edib. Nazir vurğulayıb ki, Ulu Öndərin 100 illik yubileyi ilə bağlı istər respublikamızda, istərsə də ölkəmizdən kənarda keçirilən möhtəşəm silsilə tədbirlər bütün dünya azərbaycanlılarının öz dahisinə necə dərin və sonsuz məhəbbət bəslədiyini bir daha parlaq şəkildə təcəssüm etdirir.

K.Heydərov çıxışında Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlər haqqında danışıb, dahi rəhbərin zamana sığmayan misilsiz fəaliyyəti, milli ruhun, milli özünüdərkin yüksəlişi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi yolunda atdığı qətiyyətli və tarixi addımlar barədə ətraflı məlumat verib.

Dahi şəxsiyyət ömrünü bütövlükdə Azərbaycanın varlığına, onun müstəqilliyinin möhkəm dayaqlar üzərində bərqərar olaraq sürətli inkişafının təmin olunmasına sərf edib. Təsadüfi deyil ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövlət sosial-iqtisadi yüksəliş və tərəqqi dövrləri kimi tarixə qızıl hərflərlə daxil olub. Canından artıq sevdiyi Vətənini və xalqını tarixin çox çətin sınaqlarından böyük məharətlə çıxaran Ulu Öndər həm də vətəndaşların təhlükəsiz həyat və fəaliyyətinin təmin olunması məsələlərinə xüsusi həssaslıqla yanaşıb, baş verən fəlakətlər zamanı daim vətəndaşların yanında olub, onlara hərtərəfli dəstək nümayiş etdirib, bütün aidiyyəti dövlət qurumlarını fəlakətlərin nəticələrinin aradan qaldırılmasına səfərbər edib.

Çıxışında dahi rəhbərin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” müdrik fikirlərini xatırladan Kəmaləddin Heydərov əlavə edib ki, cəmiyyətimizin gələcəyi olan uşaqlara, o cümlədən şəhid övladlarına Ulu Öndər Heydər Əliyev daim böyük məhəbbət hissləri, diqqət və qayğı ilə yanaşıb, onların ən böyük himayədarı olub.

Nazir mütərəqqi Heydər Əliyev siyasətinin mahir davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfəri qürur hissi ilə xatırladaraq, bu gün ölkəmizdə əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin uğurla davam etdirildiyini, dövlət başçısı tərəfindən uşaqların, o cümlədən şəhid övladlarının təhlükəsiz və sağlam mühitdə böyümələri, elmi biliklərə yiyələnmələri, Vətənini, xalqını sevən insanlar kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını diqqət çatdırıb. Bu mənada, qeyd edilməlidir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uşaqlar xüsusi qayğı ilə əhatə olunur, onların təhsili, təlim-tərbiyəsi, sağlamlığı daim diqqətdə saxlanılır.

Daha sonra nazir Fövqəladə Hallar Nazirliyi tərəfindən hər il keçirilən və artıq ənənə halını almış, bu il isə “Heydər Əliyev İli”nə həsr olunan “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsinin əhəmiyyətinə toxunub. Bu müsabiqənin uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, fərdi və ictimai təhlükəsizlik məsələlərinə məsuliyyətli yanaşma hissinin kiçik yaşlarından formalaşması, eləcə də onların vətənpərvər ruhda böyümələri üçün faydalı olduğunu qeyd edib.

Nazir K.Heydərov müsabiqə qaliblərini qalib ölkənin vətəndaşları kimi əldə etdikləri yüksək nəticələrə görə təbrik edərək, onlara təhsil və yaradıcılıq uğurları arzulayıb.

Sonra məktəblilərin ifasında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilən, həmçinin milli vətənpərvərlik ruhunda bədii hissə təqdim olunub.

Daha sonra qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərində təhsil alan uşaqların, o cümlədən şəhid övladlarının iştirak etdikləri yaradıcılıq müsabiqəsinə 2023-cü il fevralın 6-da start verilib. Müsabiqənin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, onun müdrik ideyalarının uşaq və yeniyetmələr arasında təbliğ edilməsi, həmçinin onlara təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, uşaqların vətənpərvərlik ruhunda böyüməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Müsabiqəyə təqdim olunmuş işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Yekun olaraq 36 nəfər birinci, 21 nəfər ikinci, 41 nəfər üçüncü yerə, 65 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et, ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək