FRANSA DÜNYADA TURİSTLƏRİN ƏN ÇOX GƏLDİYİ ÖLKƏDİR
Fransa Turizm İdarəsinin məlumatına görə, 2005-ci ildə ölkəyə 76 milyon turist gəlmişdir. Fransaya rekord miqdarda turistlərin gəlməsi turizmdən əldə edilən gəlirin xeyli artaraq, 34 milyard avroya çatmasına səbəb olmuşdur.
ABŞ-dan, Kanadadan və Amerika qitəsinin digər ölkələrindən turist axını gəlirin xeyli artmasını təmin etmişdir. Asiya ölkələrinin, ilk növbədə, Çinin vətəndaşları sayəsində turist axını çox sürətlə artmaqda davam edir. Çindən hər ay turist qrupları ilə azı 50 min nəfər gəlir.
Almaniya, Niderland və İtaliyadan turistlərin ölkəyə gəlməsi bir qədər azalmışdır. Lakin ölkəyə qonşu İspaniyadan gələnlərin sayı getdikcə artır. Fransa gözəlliklərinin skandinaviyalı vurğunlarının sayı yenidən artmağa başlamışdır.
Lakin Dünya Turizm Təşkilatının ekspertləri Fransaya xəbərdarlıq edirlər ki, gələcəkdə o, siyahıda birinci yerini əldən verə bilər. Gözlənilir ki, 2020-ci ilədək Çin lider yerini tutacaqdır. Həmin dövrədək Çinə hər il 130 milyon turist gələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]