Fransa Ukraynaya AMX-10 RC yüngül döyüş tankları göndərəcək
Paris, 4 yanvar, AZƏRTAC
Fransa Ukraynaya yüngül döyüş tankları çatdıracaq.
AZƏRTAC xəbər verir ki, Fransa Prezidentinin ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı olub. Telefon danışığından sonra Yelisey sarayı Fransa Prezidentinin Kiyevə verilən hərbi yardımı artırmaq istədiyini bildirərək, AMX-10 RC yüngül döyüş tanklarını çatdıracağını elan edib.
Bildirilib ki, ilk dəfə Ukrayna silahlı qüvvələrinə Qərb proyektli tanklar verilir. Tankların sayı və çatdırılma tarixi haqqında məlumat verilməyib. Qeyd edilib ki, AMX-10 RC yüngül tanklardır və rels üzərində deyil, təkərlər üzərindədir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]