Fransa Ukraynaya uzaq mənzilli raketlərin tədarükünə başlayıb
Bakı, 11 iyul, AZƏRTAC
Paris artıq uzaq radiuslu “SCALP” raketlərinin Ukraynaya tədarükünə başlayıb.
AZƏRTAC xəbər verir ki, France-Presse agentliyi bu barədə Fransa Müdafiə Nazirliyindəki mənbəyinə istinadla məlumat yayıb. Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron Ukraynaya uzaq radiuslu silahlar veriləcəyini elan etdiyi andan ilk raketlər Kiyevə yola salınıb.
Bir müddət öncə Fransa Prezidenti NATO-nun Vilnüs şəhərindəki sammitinə gələrkən uzaq məsafəyə zərbələr endirmək üçün Kiyevə yeni raketlər vermək qərarına gəldiklərini bildirib. O, həmçinin Ukraynanın apardığı əks-hücum əməliyyatları ilə bağlı yaranan vəziyyəti nəzərə alaraq, bu ölkəyə silah və sursat tədarükünü artıracaqlarını vurğulayıb.
Qeyd edək ki, “SCALP” Böyük Britaniyanın “Storm Shadow” raketlərinin analoqu sayılır. Bu raketlər 300 kilometr uzaqlıqdakı hədəflərə dəqiq zərbə endirmək imkanına malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]