FRANSADA AZƏRBAYCANLILARIN DİASPOR MƏRKƏZİ YARADILMIŞDIR
Mərkəzdən bildirmişlər ki, Metz şəhər məhkəməsi tərəfindən oktyabrın 18-də qeydiyyata alınmış və hüquqi statusa malik olan yeni mərkəzin noyabr ayının 12-də ilk yığıncağı keçirilmişdir. Yığıncaqda mərkəzin nizamnaməsi müzakirə olunaraq qəbul edilmiş, məqsəd və vəzifələri müəyyənləşdirilmişdir.
Mərkəzin yaradılmasında əsas məqsəd Fransada yaşayan azərbaycanlıları bir araya gətirmək, doğma vətənləri Azərbaycan ətrafında sıx birləşdirmək, ölkəmizlə bağlı həqiqətləri dolğun şəkildə fransızlara çatdırmaqdan və geniş şəkildə təbliğ etməkdən, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, milli bayramlarımız və mətbəximizlə bağlı tədbirlər həyata keçirmək, Fransada yaşayan azərbaycanlı uşaqlara ana dilini öyrətmək üçün məktəb açmaqdır.
İlk yığıncaqda təşkilati məsələ də müzakirə edilmişdir. Metz şəhərində yaşayan Natella Abbasova yekdilliklə mərkəzin sədri seçilmişdir. Ölkənin müxtəlif bölgələri üzrə sədrin müavinləri də müəyyənləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]