FRANSADA YAŞAYAN AZƏRBAYCANLI ALİM İREN MELİKOFF VƏFAT ETMİŞDİR
Bakı, 9 yanvar (AZƏRTAC). Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Fransada yaşayan, əslən azərbaycanlı olan tanınmış alim İren xanım Melikoff 91 yaşında vəfat etmişdir. İren xanım vəfatınadək bir ay Strasburq xəstəxanasında müalicə olunmuşdur.
1917-ci ildə Sankt-Peterburqda anadan olan İren Melikoff Sarbonna Universitetinin ədəbiyyat fakültəsini bitirmişdir. Şərq dilləri üzrə mütəxəssis idi. Strasburq Universitetində Türkologiya və İran İnstitutuna rəhbərlik etmiş, “TURCİCA” dərgisinin yaradıcılarındandır, Türkoloji İnkişaf Dərnəyinin sədri və digər vəzifələrdə çalışmışdır.
Bir çox beynəlxalq konfransların iştirakçısı olan İren Melikoffun “Umur Paşa Dastanı”, “Melik Danişmend”, “Əbu Müslim Xorasani”, “Türk Sufizminin İzinde”, “Uyur İdik Uyardılar”, “Əfsanədən Gerçəyə Hacı Bektaş və Qırxlar Süfrəsı” adlı kitabları dərc olunmuşdur.
Şərəfli fəaliyyətinə görə 10 ali mükafat almış alim, həmçinin Bakı Dövlət Universitetinin də fəxri doktoru idi. ######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]