Fuad Çıraqov: İran Azərbaycanın Vətən müharibəsindəki Qələbəsini hələ də həzm edə bilmir
Bakı, 30 noyabr, AZƏRTAC
İran xalqlar həbsxanasıdır. Onlar azərbaycanlıların milli kimliyini inkar edirlər. Bu istiqamətdə də siyasət həyata keçirirlər. Ölkədə Türk dilinə qarşı böyük qorxu var. Onlar deyirlər ki, İran barbarların hücumuna məruz qalıb. Bununla da türkləri nəzərdə tuturlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Urmiya gölünün harayı” adlı dəyirmi masada Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov bildirib.
Ekspert qeyd edib ki, İranın Azərbaycana və azərbaycanlılara qarşı münasibəti heç zaman dəyişməyəcək. Müxtəlif formalarda onlar dövlətimizə, xalqımıza qarşı fəaliyyətlər həyata keçirəcək. Onlar regionda formalaşan yeni geosiyasi proseslərdən qorxurlar. İran Azərbaycanın Vətən müharibəsindəki Qələbəsini hələ də həzm edə bilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]