“GƏMİQAYA”NIN OXUCULARLA İLK GÖRÜŞÜ
Ayda iki dəfə nəşr olunması nəzərdə tutulan qəzet bundan sonra oxucuları Naxçıvanın ədəbi mühiti ilə tanış edəcəkdir.
“Gəmiqaya”nın ilk nömrəsi qəzetin baş redaktoru Məmməd Məmmədovun “Gəmiqaya” müsbət ənənələrdən birini yaşadacaqdır” məqaləsi ilə açılır. Filologiya elmləri namizədi, dosent Hüseyn Həşimli ilə müsahibə, şair Vaqif Məmmədovun “Gəmiqaya”nın poetik tərənnümü”, jurnalist Muxtar Məmmədoğlunun “Ordubadım”, “Dübəndi inciləri” sərlövhəli məqalələri Naxçıvanın ədəbi mühiti barədə oxucuya dolğun məlumat verir.
Şairlərdən Əbülfəz Muxtaroğlunun, Əjdər Qiyaslının, Vüsalə Vaqifqızının Gəmiqaya tarixi abidəsi ilə bağlı şeirləri də maraqlıdır.