GƏNC FERMERLƏR VƏ SAHİBKARLAR ÜÇÜN MƏŞĞƏLƏ-SEMİNAR KEÇİRİLMİŞDİR
Gənclər, İdman və Turizm Nazirliyi Tərtər rayonunda gənc fermerlər və sahibkarlar üçün məşğələ-seminar təşkil etmişdir. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, məşğələdən başlıca məqsəd regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının müddəalarının şərh olunmasıdır.
Gənclər, idman və turizm, iqtisadi inkişaf nazirliklərinin, rayon icra hakimiyyətinin mütəxəssisləri məşğələ iştirakçılarına biznes planların hazırlanması haqqında məlumat vermişlər. Fermerlərin və sahibkarların regional birliklərinin yaradılmasının əhəmiyyəti vurğulanmışdır.