Gənc sərbəst güləşçilərimiz Avropa çempionatında daha bir qızıl medal qazanıblar
Bakı, 30 iyun, AZƏRTAC
Daha bir gənc sərbəst güləşçimiz Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, milli komandamızın üzvü Cəbrayıl Hüseynov (74 kq) ilk mərhələdə Moldova güləşçisinə qalib gəlib. Təmsilçimiz daha sonra Rusiya təmsilçisini "tuşe" ilə məyus edib. C.Hacıyev macar rəqibindən də güclü olub və yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcü pəhləvanla mübarizə dramatik alınıb. Görüş boyunca gah bu, gah da digər güləşçi hesabda önə çıxıb. Əzmkarlıq nümayiş etdirən C.Hüseynov son saniyələrdəki uğurlu fəndi həlledici olub və yığma üzvünü finala daşıyıb.
C.Hacıyev iyunun 30-da keçirilən həlledici görüşdə tam üstünlüklə türk həmkarına qalib gələrək komandamıza 3-cü qızıl medalı qazandırıb.
Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (61 kq) və Turan Bayramov (70 kq) da Avropa çempionatında qızıl medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]